Vəfa doğruluğun yoldaşıdır və mən əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram. Qayıdışın nə cür olmasından agah kimsə məkr işlətməz. Elə bir zəmanədəyik ki, adamlarının çoxu məkr işlətməyi zirəklik sanırlar və nadanlar onları zirək bilirlər. Bu məkr edənlərin xeyirləri nə olur? Allah onları həlak etsin! Zirək və işini bilən insan hiylənin və hər bir işin çarə yolunu bilir. Hiylə işlətməməyinin səbəbi isə Allahın əmr və qadağasının ona mane olmasıdır. Hiyləni gördüyü, tanıdığı və işlətmək qüdrətinə malik olduğu halda onu tərk edir. Dində heç bir günahdan qorxusu olmayanlar, fürsəti əldən verməyərək hər işdə hiylə və məkrə əl atırlar.
Sayfa 53 - İmam Əli əleyhis-salam, 41-ci xütbə·Kitabı okuyor