Samiq

İmam Əli əleyhis-salamın duada buyurduğu kəlamlarındandır:
Allahım, məni bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm Sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını bağışla. Allahım, gözümün ucunun işarələrini, boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.
Sayfa 77 - 77-ci xütbə·Kitabı okuyor
Reklam
Hökumət tərəfindən paylaşılan bu "Epstein faylları" və orada əks olunan dəhşətli faktlar sadəcə bir cinayət siyahısı deyil, bəşəriyyətin mənəvi iflasının rəsmi sənədidir. Bu düşüncələri həzm etmək, bir insan olaraq mənə çox ağır gəlir. Yaradılışının əsl qayəsi və ali məqsədi Allaha ibadət, xeyirxahlıq və ədalət olan insanın, necə olub da öz mahiyyətindən bu qədər uzaqlaşdığını anlamaq mümkün deyil. Şeytanı belə heyrətdə qoyacaq, onun təxəyyülünü üstələyəcək qədər azğın əməllərə imza atan bu "insanlar", əslində ən böyük xəyanəti öz yaradılış fitrətlərinə ediblər. Mətndə adı keçən o məşhur simalar, "nümunəvi" fiqurlar və güc sahibləri göstərir ki, maddi imkan və şöhrət mənəviyyatla birləşməyəndə, insan yer üzünün ən təhlükəli varlığına çevrilir. Körpə uşaqlara, məsum canlara uzanan o əllər və o soyuqqanlı "yazışmalar" sübut edir ki, qəlb korlaşanda insan "əs fələ-safilin"ə (aşağıların aşağısına) yuvarlanır. Bu mənzərə qarşısında insan sadəcə bir sual verə bilir: İnsanoğlu nə vaxt bu qədər "qansız" və gözü dönmüş oldu? Allaha yönəlməli olan ruh, necə oldu ki, bu qədər qaranlığa təslim oldu? Bu azğınlığı anlamaq çətin, qəbul etmək isə qeyri-mümkündür.
1000Kitap
Bir zəng…
Bəzən bir telefon zəngi kilometrlərlə uzaqdan gəlsə də, insanın ruhuna toxunur. Dünən bir "ata" ilə danışdım... Səsindəki o çarəsizliyin ağırlığı hələ də qulağımdadır. Bir tərəfdə yatağa məhkum övladının xəstəliyi, digər tərəfdə maddi ehtiyaclar qarşısında əzilən, amma ləyaqətini qorumağa çalışan bir insanın mübarizəsi. Evinin qazı kəsilsə də, ümidi sönməsin deyə çırpınan bir atanın səsindəki o yorulmuşluq hissini iliklərimə qədər hiss etdim. Həqiqət budur ki, bəzən sahib olduqlarımızın qədrini bilmirik. Halbuki aldığımız hər nəfəs bir şükür səbəbidir. Bəlkə də cəmi bir addım yanımızda belə ağır yüklər altında əzilmədən, səssizcə mübarizə aparan əsl qəhrəmanlar var. Söhbəti bitirəndə sanki ruhum Ramiz Rövşən -in bu misralarına sığındı: "Bir az yağışdan kəs, bir az buluddan, Qoy bu köhnə evin damı dammasın. Bir az sevincdən kəs, bir az ümiddən, Qarışdır dərdimə, — havalanmasın."
"Sağır bir insanın duyamayacağı gerçeğini düşün. Öyleyse biz hepimiz duyamayanlardan olamaz mıyız? Hangi duyulardan yoksunuz ki etrafımızdaki bir başka dünyayı göremiyor ve duyamıyoruz? Etrafımızda ne var ki biz…"
Sayfa 64 - Paul·Kitabı okuyor
Alıntı
Tərəktuhə lilləh
“Səni kədərləndirən şeylər, bəlkə də səni Allaha tərəf çəkən gizli bir rəhmətdir.” İmam Əli (ə)
Reklam