-Dinləyin,Nastenka (mənə elə gəlir ki, sizi ömrüm boyu Nastenka çağırsam yorulmaram),dinləyin və bilin ki, həmin bu yerlərdə qəribə adamlar - xəyalpərəstlər yaşayır.Xəyalpərəst,əgər bu sözün dəqiq izahını istəyirsinizsə,insan deyil, namüəyyən məxluqdur.O,həyatının çox hissəsini xəlvət, əlçatmaz bir guşədə keçirir, gündüz-günorta vaxtı elə bil işıqdan da gizlənir; bəzən öz qınına çəkilən ilbizi xatırladır, hər halda - evini arxasında daşıyan çanaqlı bağa adlı maraqlı heyvana da çox oxşayır.