Əslində, bu kitab üçün də fərqli bir şey deməyəcəm. 400 səhifəlik kitabı bir gündə bitirdim. Bəli, qonaqlı-qaralı, nənə-baba evində, üstəlik bayram günü 400 səhifəlik kitab bitdi. Bu mənim yox, kitabın uğurudur. O qədər maraqlı idi ki.., çay süfrəsinə belə kitabla oturmuşdum.
Bu kitabı birincidən daha çox sevdim, çünki burada sevdiyim iki baş rolun da arası tam istədiyim kimi idi. Sadəcə, sonluq xoşuma gəlmədi. Əslinə qalsa, araşdırdığıma görə üçüncü kitab çıxmayacaqmış və ya çıxacaq deyə bir yazı tapmadım. Əgər üçüncü çıxsa idi, onda bu kitabın sonluğu əla ola bilərdi. Yox, çıxmayacaqsa, sonluq olduqca lazımsız, hətta yersiz bitib. "Ardı var" havasında bir sonluq olub.