Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı
3/10
·260 syf.··
2020 10. kitabı
·
9 günde okudu
·
Okunma: 12 Şubat 2020 12:10
Dörd fevral başlamışam kitaba və doqquz gün bitirmək üçün mübarizə aparmışam. Kitab 1900-cü illərdən bəhs edir. Azərbaycanı, Fransanı, Rusiyanı təsvir edir. Ümmülbanu adında neft milyonçusu ailəsində dünyaya gələn bir qadının dilindən yazılıb kitab. Qafqazı əhatə edən uşaqlığının təsvirini oxuyarkən çox əsəb keçirdim. İki sözündən biri Qafqazlıları - şərqliləri, müsəlmanları pisləmək idi. Qeyd edim ki, qadına görə şərqli, müsəlman, Qafqazlı hamısı sinonimdir. Özü də şərqli olmasına baxmayaraq, Qafqazlıların çirkin yaratıq olduqlarını söyləməkdən kitabın sonuna qədər geri qalmadı. Ümumiyyətlə, nə qədər pis xüsusiyyət, pis görünüş varsa, hamısı şərqlilərə aid edilir. Cinsəlliklə bağlı bir çox kitablarda paraqraflarla qarşılaşsam da, kitabda təsvir olunan cinsəllik isə tamam başqa cür idi. Uşaqlar arasında baş verən cinsəlliyin açıq və rahat yazılması məni narahat etdi. Kitabdan elə də çox şey öyrənməsəm də, 1900-lərdə yaşaya bilməyəcəyimi dərk etdim. Bütün mənəvi dəyərləri alt-üst olmuş insanın dilindən kitabı oxumaq dəhşət yorucu idi. Kitabı yazanı tənqid etmək istəmirdim, amma bu qədər iyrənc və kəskin təsvirin lazımsız olduğunu düşünürəm. Zənnimcə, kitabı 17 yaşından yuxarı kütlənin oxuması məqbuldur. Bəzi valideynlər sırf Azərbaycan dilində olduğu üçün nə oldu alırlar, ona görə də bu yaş məsələsini qeyd etməyi özümə borc bildim. Psixologiyaya pis təsir edən yerləri göstərdiyim yaşdan aşağı kütlənin oxuması lazımi və yararlı deyil.
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200781 okunma
Reklam

Sitare Vüsal

, bir kitap okudu
3/10
·260 syf.··
9 günde okudu
·
Okunma: 12 Şubat 2020 12:10
·
2020 10. kitabı
Banin
7.8/10 · 81 okunma
"- Dünyanın ən böyük eşqini yaşamaq istəyərsən, yoxsa yazmaq? + Yazmaq üçün yaşamaq istəyərəm." (07.03.1982)
9/10
·216 syf.··
Beğendi
·
2020 9. kitabı
·
29 saatte okudu
·
Okunma: 03 Şubat 2020 17:30
Məhmət Nüsrət (Əziz Nesin) 20 dekabr 1915-ci ildə Heybəliadada dünyaya gəlib. 1925-ci ildə imtahan verərək təhsilinə birbaşa 3-cü sinifdən başlamışdır. 12 yaşında ikən cavan anasını (26) itirmişdir. 1937-ci ildə Hərb məktəbini bitirən Nesin zabit olur. İkiillik peşə təhsili üçün Maçka Hərbi Fənn Təlim orta məktəbinə gedir. Eyni zamanda həm İstanbul İncəsənət Akademiyasının Şərq bəzək fakültəsinin tələbəsi olur, digər tərəfdən də rəssamlıqla məşğul olur. 3 dəfə evlənir. Birinci həyat yoldaşı Vedia xanımdır, ondan Oya və Atəş adlı iki uşağı dünyaya gəlib. Sonrakı iki evliliyi də Meral Çələnlə olub. Ondan isə Əli və Əhməd adlarında iki oğlu olub. Ömrünün çox hissəsi ayrılıqla, işsizliklə, həbslə keçsə də, digər yarısı mükafatlar, kitablar və açdığı vəqflə keçir. 1995-ci ilin iyul ayının 6-da vəfat edən Əziz Nesinin cənazəsi öz istəyinə uyğun olaraq, dini mərasim keçirilmədən və məzardaşı qoyulmadan Nesin Vəqfinin həyətində dəfn edilmişdir. "Xan" nəşriyyatının layihəsi olan "Xatirə Ədəbiyyatı" ilə ilk dəfə tanış olurdum. Əziz Nesin kitabı ilə tanış olmağıma şadam. 20 nömrəli xatirə ədəbiyyatı demək olar bir günə bitdi. Bioqrafiya, avtobioqrafiya, gündəlik, xatirələr-sənədlər və məktubdan ibarət olan kitabda ən sevdiyim iki hissə oldu; gündəlik və məktublar. Gündəliklər yazıçını daha səmimi tanımağıma səbəb olarkən, kitabda, sadəcə, ortancıl uşağı Əli ilə məktublarında da onun valideynliyinə şahid oldum.
Belə Gəlmiş, Belə GetməzAziz Nesin · Xan Nəşriyyatı · 2016735 okunma

Sitare Vüsal

, bir kitap okudu
9/10
·216 syf.··
Beğendi
·
29 saatte okudu
·
Okunma: 03 Şubat 2020 17:30
·
2020 9. kitabı
Aziz Nesin
9.3/10 · 735 okunma
Reklam