Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı
5/10
·510 syf.··
2020 13. kitabı
·
5 günde okudu
·
Okunma: 01 Mart 2020 06:00
İsra kitabdan hədiyyə olan "Nəhcül-Bəlağə"dən seçmə incilər kitabı ilə gəldim. Nəhcül-Bəlağə, Hz.Əlinin (r.a) qısa xilafəti dövründə buyurmuş olduğu 239 xütbə, 79 məktub və 480 hikmətli qısa sözdən ibarət olan bir kitabdır. Seyid Razi adıyla məşhur olan və böyük "Şiə" alimlərindən sayılan Məhəmməd bin Həsən bu xütbə, məktub və qısa sözləri bir yerə yığaraq qiymətli bir əsər meydana gətirmiş və elə kitaba da bu adı o vermişdir. O, bu qiymətli əsəri 1009-cu ildə qələmə almışdır. Sonda bu əsəri tərtib edən "Heydər Məscidi"nin axundu, Bakı İslam Universitetinin müəllimi Hacı Rüfət Qarayev olmuşdur. Nəhcül-Bəlağəyə böyük ümidlərlə başlamışdım. Taki qadınlarla bağlı yazını oxuyana qədər. Bir Allah da bilir ki, atam belə olsa, qadını pislədiyi an mənim üçün ölüdən bir fərqi olmur. Hz.Fatimə ilə dastansı, iki dünyalıq məhəbbətlərini oxuyub dinlədiyimiz Hz.Əlinin (r.a) qadınlar haqda bu cür ifadələr buyurduğuna inanmıram. İslam, qadınları azad edən, onlara mərhəmət edən, dəyər verən din olub. İslam dininin incilərindən sayılan bu kitabda qadınları alçaltmaq Hz.Əli yox, ondan sonra düzəlişlər edənlərin işidir, məncə. "Qadınların iman və ağıldan payları azdır." deyənlərə səslənirəm; cahillər! Söhbət imandan gedirsə, cinsiyyət ortadan qalxar. Allahu Təala (c.c) buyurur: insanların ən üstünü təqvalı olandır.(Təqvada üstün olanıdır.) Ağıldan söhnət gedirsə də, buna da uyğun bir deyim var: kim başqasının ağlının kəmliyindən danışırsa, öz ağlını qorusun. Qadınları bu qədər alçaltmaqla, əslində, özünüzü təkzib edirsiz, öz quyunuzu qazırsınız. Qadınlara uşaqlarını böyüdüb tərbiyə etməklə mükəlləf olduqlarını deyən kişilər deyilmi? Ağılsız və imansız qadınlara övladlarınızı necə etibar edirsiniz bəs? Yazıq. Qadınları alçaldan "hikmətli sözlər"i (!) çıxsaq, kitabda altı xətlənəcək sözlər
Nehcü'l BelagaAbdülbaki Gölpınarlı · Kapı Yayınları · 2016120 okunma
Reklam

Sitare Vüsal

, bir kitap okudu
5/10
·510 syf.··
5 günde okudu
·
Okunma: 01 Mart 2020 06:00
·
2020 13. kitabı
Abdülbaki Gölpınarlı
8.7/10 · 120 okunma
"VIII əsrdə dəhrilər deyilən bir cərəyan yayılmağa başlamışdı. Dəhrilər təbiəti, zamanı hər şeyin yaradıcısı bilən materialist insanların sələfləri olublar. Bir gün Həzrət Sadiqin Müfəzzəl adlı bir tələbəsi ondan bu dəhrilərin düşüncələri barəsində sual edir. Həzrət Sadiq deyir: 'Bu dəhrilər düşünürlər ki, insanları təbiət yaradıb. Onlardan soruşmaq lazımdır ki, insanı yaradan bu təbiətin elmi və qüdrəti varmı, o təbiət canlıdırmı? Əgər desələr ki, yox, o zaman biz də deyərik ki, bəs elmi və qüdrəti olmayan cansız bir şey elmi və qüdrəti olan canlı bir insanı necə yaratdı?! Yox, əgər desələr ki, təbiət elmi və qüdrəti olan canlı bir varlıqdır, o zaman da onlara deyərik ki, sizinlə bizim aramızda etiqad cəhətindən heç bir fərq yoxdur. Siz də aləmlərin və insanın yaradıcısına etiqad edirsiniz, biz də. Bizim fərqimiz, sadəcə, addadır. Siz ona təbiət, biz isə ona Allah (c.c) deyirik.' " ️
10/10
·376 syf.··
Beğendi
·
2020 12. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Şubat 2020 14:45
119 səhifə oxuyub, əslində isə bitirmiş kimi mühakimə etdiyim üçün kitabdan üzr istədim. Nə də olsa, mənim kitablarımın ruhu, könlü var. Etiraf edirəm ki, həmin 119 səhifə içimi çox boğdu. Əvvəl "copy-paste" olduğunu da düşündüm, sonra depressiv hiss etdirdi. Ancaq hekayə bir yeni obraz gəlməsi ilə həyəcan verməyə, maraqlı olmağa başladı, sanki canlandı. Kitabdan çox yazsam, onun sehrini qaçırdaram deyə qorxuram. Amma mən, yaralı, kimsəsiz Villi və Visamı sizə necə danışmayım?! Axı, mən necə sizə Bədri kimi kişilərin ədalətindən söz açmayım?! Kitabı oxuduqca yeni, fərqli məlumatlar əldə edirdim. Həyatımda oxuduğum iki, bəlkə də üçüncü kitab olar ki, futbol terminlərindən sıxılmadım. Hətta, hamısının açıqlamasını tək-tək oxudum. Psixolojik roman janrında olsa da, düşünürəm ki, daha çox motivasiya edici romandır. Ümidsizlikdən dönüb aydınlığa çıxmaq bəzən necə mümkünsüz görünür, elədir? Ancaq bunu bu kitabda bir mələk bacarır! Hamımıza "öz mələk" mizi tapmağımızı arzu edirəm. Aydınlığa çıxaq inşəallah.
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma

Sitare Vüsal

, bir kitap okudu
10/10
·376 syf.··
Beğendi
·
8 günde okudu
·
Okunma: 26 Şubat 2020 14:45
·
2020 12. kitabı
Rövşen Abdullaoğlu
9.1/10 · 2.492 okunma
Reklam