Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı
3/10
·216 syf.··
2020 11. kitabı
·
6 günde okudu
·
Okunma: 18 Şubat 2020 17:00
Özünü inkişaf kitabı ilə gəldin. Arda Erel rəfiqəmin ən sevdiyi və ən çox təriflədiyi yazıçı idi. Endirimdə olduğunu gördüyüm an aldım. Oxumaq da indiyə qismət oldu. Mən Hakan Mengüçün iki kitabından başqa özünü inkişaf kitabı oxumamışdım. Üçüncü oxuduğum "Arayış" oldu. 10-15 səhifəsindən sonra kitabdan sıxılmağa başladım. Çünki kitabda başlıqlar altında yazılanların çeynənmiş olduğunu anladım. Mən bu mövzularda az kitab oxusam da, videolara olduqca çox baxmışam. Ona görə də bu tip mövzulardan artıq doymuşam. Kitabda çox az hissəni bəyəndim. Yeni öyrəndiyim heç nə olmasa da, bəzi yerləri düşündürməyə vadar etdi.
ArayışArda Erel · İnkılap Kitabevi · 2017933 okunma
Reklam

Sitare Vüsal

, bir kitap okudu
3/10
·216 syf.··
6 günde okudu
·
Okunma: 18 Şubat 2020 17:00
·
2020 11. kitabı
Arda Erel
7.7/10 · 933 okunma
"Ey iman edənlər! Özünüzü Allaha tam mənasıyla təslim edin və şeytanın ardınca getməyin. Çünki o, sizin apaçıq düşməninizdir." - Bəqərə, 208
9/10
·144 syf.··
Beğendi
·
2020 8. kitabı
·
15 saatte okudu
·
Okunma: 01 Şubat 2020 22:00
Fevral ayının ilk kitabı "7/24 elmihal" dır. Həm ayın ilk kitabı, həm də bir günə bitən kitabı oldu. Kitab 139 səhifəlik kiçik, dini ensiklopediyadır. Mündəricat qismi o qədər dolu-doludur ki, bir gündə bitirib kənara qoymaqla oxunmuş sayılmaz. Zaman-zaman açıb-açıb məlumatlanacağınız, bildiklərinizi belə təsdiqlədəcəyiniz bir növdəndir kitab. Mən nə qədər Qurandan surə-ayələrlə sübut etsəm ki, məzhəblər yoxdur,yenə də əksəriyyət kimi kitabın içindəkiləri də hazırlayanlar məzhəblərə inanmışlar. Üstəlik, Hənəfi məzhəbinə görə hazırlandığını qeyd etmişlər. ️ Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159) Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! (Ali-İmran surəsi, 103) Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran surəsi, 105) ️ Kitab İslamın nə olduğundan başlayıb imanın əsaslarını, digər dini kitabları, mələkləri, Peyğəmbərləri, axirəti, ibadətləri, dəstəmazı, azanı, namazın növlərini, dini bayramları, zəkatı, ziyarətləri, duanı, cadu və falı, hicabı, qul haqqını və s. izah edir. Kitabın içində ayələrlə və lüğətlə də geniş izahlar mövcuddur. Lüğət olması çox asanlaşdırırdı mətnlərdəki ərəbcə sözləri. Ayələrin isə verdikləri məlumatları bir nömrəli yerdən - Qur'an-i Kərimdən təsdiqlədərək içimizə bir su səpir, rahatladırdı.
7/24 İlm-i HalKolektif · Edam Yayınları · 201238 okunma

Sitare Vüsal

, bir kitap okudu
9/10
·144 syf.··
Beğendi
·
15 saatte okudu
·
Okunma: 01 Şubat 2020 22:00
·
2020 8. kitabı
Kolektif
9.1/10 · 38 okunma
Reklam