Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·74 syf.··
Beğendi
·
2020 16. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Mart 2020 08:00
Giriş cümləsi ilə sarsıdan kitab. Təhlilini yazmazdan əvvəl ikinci dəfə oxuyub təkrar o həyəcanın axışına buraxdım özümü. Kafkadan oxuduğum ilk əsər idi. Və nə yaxşı ki, bu əsərlə başladım deyirəm. Əlbəttə, Franz Kafkanın kitablarının da oxuma sırası var. Bir çox kitab sevərlərin məsləhətinə görə kitabları; 1. Babaya məktub 2. Dava 3. Dönüşüm 4. Şato bu ardıcıllıqla oxunması daha doğrudur. Amma mənim Kafkanın həyatındakı incə nüanslardan xəbərim var idi deyə Dönüşümdən başlamağım çətinlik yaratmadı. Kitabı təhlil etmək üçün həm həyəcanlanıb, həm də təhlil edərək sizin həyəcanınızı yox etmək istəmirdim. O qədər gözəl, qəribə kitabdır ki.. Hekayə Gregor Samsanın səhərə gözünü bir böcək olaraq açması ilə başlayır və sizi sarsıdan, təəccübləndirən ilk cümlədən sonra heç dayanmadan eyni sürətlə də davam edir. Kafkanın atası ilə problemləri olduğunu yəqin ki, bilməyən oxucu yoxdur. Kitabda da digər kitablarında olduğu kimi (qısa təhlillərindən oxuduğum qədər) bu problemi çox mükəmməl səviyyədə hiss etdirib. O qədər fərqli şəkildə bu problem əks olunub ki, oxuduqca Kafkaya heyran qaldım. Kitabın qapağını örtərkən düşündüyüm tək bu idi: 'Tanrı, kimsəni ailəsinin gözü qabağında böcəyə çevirməsin.'
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,7bin okunma
Reklam

Sitare Vüsal

, bir kitap okudu
10/10
·74 syf.··
Beğendi
·
3 günde okudu
·
Okunma: 05 Mart 2020 08:00
·
2020 16. kitabı
Franz Kafka
7.8/10 · 267,7bin okunma
10/10
·56 syf.··
Beğendi
·
2020 15. kitabı
·
10 saatte okudu
·
Okunma: 03 Mart 2020 19:50
Zweigdən son oxuduğum 'Mecburiyet' kitabı ilə gəldim. İnsan psixologiyasını bu qədər mükəmməl qavrayıb yenə eyni mükəmməlliklə qələmə almağı yəqin ki, tək məni heyran qoymayıb özünə?! Mecburiyet, yazıçının oxuduğum digər kitablarında olduğu kimi müharibə, müharibə ilə yaşama eşqi arasında qalmış insanların həyatından bəhs edir. Müharibənin sərt üzü ilə qarşılaşmış və gördükləri nəticəsində psixologiyası zəifləyən Ferdinandın seçim qarşısında qalması ilə hekayə başlayır. Həyat yoldaşının böyük tələskənliklə Ferdinandın həyatını qurtarmaq üçün çırpınışları, Ferdinandın isə bu çırpınışlar qarşısında qalan zəif iradəsi hekayənin sonuna qədər ürəyimi sıxdı. 50 səhifədən ibarət olan kitabın son səhifəsinə qədər yoldaşını - sevgisinimi yoxsa müharibənimi seçəcəyini düşünərək böyük həyəcanla oxudum. Yalnız kitabı örtərkən nəfsimi dərdim. Uzun zamandan sonra bu yarı gərgin, yarı həyəcan dolu oxuma marafonu mənim əhvalıma da müsbət təsir bağışladı.
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175bin okunma
10/10
·56 syf.··
Beğendi
·
2020 14. kitabı
·
7 saatte okudu
·
Okunma: 02 Mart 2020 16:00
Muazzam Stefan qələmi ilə gəldim. Lyon'da düğün kitabı üç hekayədən ibarətdir. Bu üç hekayədən birincinin adının kitaba qoyulması isə məncə təsadüfi olsa da, yerində olub. Lyon'da düğün, İki yalnız insan və Wondrak hekayələrindən ibarət kitab cəmi 50 səhifədir. Yazıçı kitabındakı üç hekayədə də insanlığın insafından geridə qalmış taleləri qələmə alıb. Lyon'da düğün, bir-birilərinə sadəqətlə bağlı iki sevgilinin ölümə gedişlərinin hekayəsi ikən, İki yalnız insan hekayəsində isə yazıçı nənələrimizin dediyi "hamının yarı bir daşın altındadı, vaxtı gələndə çıxacaq" cümləsini təsdiqləyir. İnsanlıq tərəfindən qəbul edilməyən bu iki insan içində çaxan ildırımları, sadəcə, bir-birilərinin eşitdiyini biləndə üzərilərindəki daşı da qaldırdılar. Beləcə insanlığın tapdığı minlərlə qüsur içində əsas olanın məhz ürəkləri olduğunu da başa düşdülər. Wondrak isə yazıçının müharibəyə qəzəbinin ən çox bəlli olduğu hekayə idi. İllərlə qüsurundan dolayı cəmiyyətdən kənarda qalan qadın təcavüz nəticəsində bir oğlan anası olur. Gözünü açandan təklənən ananın tək dostu olan oğlunu müharibənin əllərinə verməsi böyük faciə idi. Hekayənin sonunun bulanıq və ya yarımçıq olması yazıçının taleyində də baş verən həqiqətləri əks etdirir. Stefan Zweigin həyatı müharibə ilə əlaqədər bir neçə dəfə qarışdığına görə əksər hekayələrinin sonu insanların yox, müharibənin xeyrinə bitir. Məhz bu səbəbdən yazıçı hekayələrinin sonunu yarımçıq qoyur. Öz həyatını məhv edən müharibənin başqalarının da həyatını məhv etdiyini yazmaq belə görünür ki, yazıçıya çətin gəlirmiş.
Lyon'da DüğünStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202139bin okunma