Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·440 syf.··
Beğendi
·
2020 19. kitabı
·
8 günde okudu
·
Okunma: 14 Mart 2020 17:00
Məhəmmədhüseyn Şəhriyarın seçilmiş əsərlərinin toplandığı "Yalan dünya" adlı kitabı ilə gəldim. Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi 1906-1988-ci illərdə yaşayıb. O, ən sevdiyi Ədibin kitabını vərəqləyib və qarşısına çıxan adı da təxəllüs götürüb; Şəhriyar! Şəhriyarın vəfat etdiyi tarixdə (18.09.88) İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyar deyəndə bayatılardan yadımda qalan misraları burada qoyuram; "Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar." "Mənə öz yarım gərək, neynirəm özgəsini?!" "Sən sevəsən, yad ala, əcəlsiz ölüm budu." Bu misraları oxuyub canı yanmayan, ürəyi sızıldamayan varmı ki?! Şəhriyarın şeirləri, qəzəlləri kimi bayatıları da məşhurdur. Hətta, şairin bayatılarında əks etdirdiyi hislər o qədər təsirli olur ki, Rəsul Rza da özünü saxlaya bilməyib yazır: 'Xalqın yaratdığı bu ölməz bayatıda yalnız fərdi məhəbbətin ifadəsini aramaq səhv olardı. Bu, könül iztirabının yanıqlı ifadəsi, böyük bir hissin, dərin bir məhəbbətin, saf bir duyğunun aynasıdır. Mən bu sözləri qoca bir qarının dilindən eşitdim. Bu bayatını bilməyən azərbaycanlı tapılmaz. Biz bu sözləri beşik başında anamızdan eşitmiş, səfərə çıxan atamızdan öyrənmiş, nişanlı yolunu gözləyən gəlinlərin yanıqlı səsində dinləmişik. Lakin bu gün yetmiş yaşlı bir qarının bu sözləri təkrar edə-edə gözlərini uzaqlara dikdiyini, bəlkə də xəyalında ömrün ağır illərinin kölgə salıb dumanlatdığı şirin bir xatirəni aradığını görəndə, mənim də könlümdə həsrət duyğusu, bir həqiqət, hicran ağrısı baş qaldırdı. ' Söhbət  “Qızıl gül olmayaydı” misralı bayatıdan gedir. İllər sonra Rəsul Rza eyniadlı poema yazacaqdı və ayrılıqların ən zülümlüsünü, geriyə dönüşü olmayan gedişlərin ən dəhşətlisini məhz bu misralarla bağlayacaqdı. Şəhriyarın qəmli-qəmli yazdığı, sadəcə, bayatıları deyildi. Şəhriyarın möhrü
Yalan DünyaMəhəmməd Hüseyn Şəhriyar · Azərbaycan Ensiklopediyası · 199317 okunma
Reklam

Sitare Vüsal

, bir kitap okudu
10/10
·440 syf.··
Beğendi
·
8 günde okudu
·
Okunma: 14 Mart 2020 17:00
·
2020 19. kitabı
Məhəmməd Hüseyn Şəhriyar
9.9/10 · 17 okunma
"Susmaq, o da başqa dürlü fəryad Həp bənliyim oldu sanki bərbad."
10/10
·112 syf.··
Beğendi
·
2020 17. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Mart 2020 23:50
Kitabın arxasında İsmayıl Həqq yazır ki; 'Cavidi tənqid üçün ikinci bir Cavid lazımdır ki, o da bizdə yox kimidir.' Elə İsmayıl bəyə haqq qazandıraraq mənim də tənqid etmək kimi bir fikrim olmadığını bəyan etmək istəyirəm. Hər əsəri təhlil edə bilərəm, amma düşünürəm ki, söhbət Azərbaycan ədəbiyyatından gedirsə, onda bu bacarığım uğurlu alınmayacaq. Çünki o qədər hopub ki, köhnə ədəbiyyatımız, nə yazsam cümlələrimin oxuduğum ədəbiyyat kitablarındakı cümlələrə bənzəyəcəyindən qorxuram. Məktəb illərində istər dərsliklərdən, istərsə də kitabxanadan çox oxumuşam ədəbiyyatımızı. Hüseyn Cavidin 'İblis' əsərini ilk dəfə 11-ci sinifdə oxuyub, Cavidin qələminə, təxəyyülünə, ruhuna heyran qalmışdım. İndi də, ikinci dəfə oxuduğum zaman da eyni hisləri keçirdim. Bildiyiniz kimi buranı özüm üçün işlədirəm, ona görə də təhlili də yazmaq kimi borcum yoxdur deyə özümə narahatçılıq vermədim. Ümumiyyətlə, 'İblis' əsərini təhlilə ehtiyac görmürəm. Belə hesab edirəm ki, bu əsərin məğzini başa düşməyən olmaz. "İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? - İblis!.."
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,099 okunma

Sitare Vüsal

, bir kitap okudu
10/10
·112 syf.··
Beğendi
·
3 günde okudu
·
Okunma: 06 Mart 2020 23:50
·
2020 17. kitabı
Hüseyn Cavid
9.1/10 · 1.099 okunma
Reklam