Sitare Vüsal

Sitare Vüsal
Azerbaycan dili ve edebiyatı öğretmenliği
Hazar universitesi
5 Kasım
70 okur puanı
Ocak 2020 tarihinde katıldı

Sitare Vüsal

, bir kitap okudu
8/10
·156 syf.··
Beğendi
·
8 günde okudu
·
Okunma: 21 Mart 2020 18:00
·
2020 20. kitabı
Şəmil Sadiq
8/10 · 9 okunma
Reklam
"İşte en önemli şey bu. Senin sesin! Dünyada hiçbir tarza, hiçbir modaya oturulamayacak kadar senin olan bir üslup. Elin gibi, gözün, bakışın, gülüşün gibi senden bir parça."
10/10
·196 syf.··
Beğendi
·
2020 23. kitabı
·
26 saatte okudu
·
Okunma: 28 Mart 2020 20:00
Zülfü Livaneli ilə tanış olduğum möhtəşəm kitab. İlk dəfə idi oxuyaraq deyil, dinləyərək bir kitabı bitirdim. Vaxtında paylaşılan bir təhlil deyil, ancaq bu gərgin zamanlarda tənbəllik edib küfləndirdiyim təhlilləri paylaşacam. Edəcək bir şey yox. Ancaq bu kitab üçün darıxdığıma görə yenə dinləyib, elə gəldim üstünüzə. Açıqlamaları bitirdikdən sonra təhlilə keçim artıq. Hər kəsdən uzaq qalan, heç kimin çox bilmədiyi ada və o adada qalan məhdud sayda insanlar. Keçmişlərini geridə qoyub gələn, təzə səhifə açan insanların yaşadığı yer. Ancaq bir gün adaya gələn yeni qonaqlar hər şeyi tamam dəyişir. Sakit, huzurlu adanın heyvan qətliamlarının olduğu, insan haqlarının tapdalandığı bir xarabaya çevrilməsinin şahidi oluruq. Obrazların əsərdə təhkiyəsi o qədər maraqlı, süjet xətti o qədər axıcıdır ki, kitabı bircə günə də bitirə bilərsiniz. Kitabda ən sevdiyim obraz yazıçı idi. Yazıçının timsalında 37-ci ilin repressiya qurbanları olan Azərbaycan ziyalılarının prototipi olaraq gördüm və daha çox sevdim. Təbii, 80-ci illərdə də Azərbaycanda baş verdiyi kimi qaymaq təbəqəni vəhşicəsinə təmizlənməsi də uyğun ola bilər. Şüuraltına manipulyasiya məqsədi ilə yazılan çox nüanslar var idi, diqqətlə oxumağınız və ya mənim kimi dinləməyiniz diləyi ilə.
Son AdaZülfü Livaneli · Doğan Kitap · 201362,1bin okunma
10/10
·272 syf.··
Beğendi
·
2020 18. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Mart 2020 20:00
Müsbət mənalı sözlər arxivi; Hikmət Anıl Öztəkindən oxuduğum son kitabı idi. Oxuyarkən öyrəndiyim yeni alıntılar bir yana, təxmini 160-170 kitab adı da çıxarıb siyahıya aldım. Kitabları siyahıya alarkən pis olmadım deyil. Hardasa, o kitabların altısını oxumuşdum çünki. Amma müsbət, zərif kəlmələr və onları daha da aydınlaşdırmaq üçün min bir fərqli kitabdan seçilmiş sitatlar kefini açmağa xeyli tələsdi. Kitab haqqında fərqli bir şey yazmayacağam yəqin ki. Sadəcə, mən də yeri gəlmişkən bu zərif kəlmələrin niyə lazım olduğundan danışmaq istəyirəm. Əziz oxucular, belə düşünürəm ki, insanları incidən hərəkətdən daha çox iki dodaq arasından çıxan yüz dəfə fikirləşib bir dəfə çıxardığımız kəlmələrdir. Sərnişin daşıyan nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində, təhsil müəssisələrində, habelə evlərimizdə kəlmələrimizə fikir verək. Çox qarşılaşdığım və incidiyim bir neçə kəlməni sadalamaq istəyirəm: 1. Ay qız (nəqliyyatda, yolda/əvəzləyicisi-xanım, qızım) 2. Gəl, otur (nəqliyyatda/əvəzləyicisi-əyləşin) 3. Keç də (nəqliyyatda/əvəzləyicisi-zəhmət olmasa, keçin.)  ∞ ∞ ∞ ∞ ∞ ∞ ∞ ∞ Daha çox sayardım da, yazanda belə əsəbləşirəm. Son olaraq, ailədəki xitablara, kəlmələrə toxunmaq istəyirəm. Həyat yoldaşınızı (cinsindən olmayaraq) gözəl, məhəbbət dolu xitabla səsləməkdən çəkinməyin, bu ədəbsizlik deyil. Ədəbsizlik, çal-çağırla etdiyiniz toyun səhərisi o həyat yoldaşına "Az! Ə..!" deyə çağırmaqdır. Övladlarınıza ağız dolusu "Oğlum! Qızım! Övladım, balam!" deməkdən çəkinməyin, eləcə də digər ailə üzvlərinizi. Unutmayın, hamınız günün birində torpaqdan yorğanlarla tanış olacaqsız. Haradan bilə-bilərsiz ki, o gedər-gəlməzə aparan yorğanlar bu gün "köpəkuşağı!" dediyiniz övladınızın yaxud "az, ə!" dediyiniz həyat yoldaşınızın, valideynlərinizin, sevdiklərinizin üstünə
Sufi SözlükHikmet Anıl Öztekin · Hayykitap · 20181,298 okunma