ShMammadzada

ShMammadzada
@ShMammadzada
Ben yanmasam sen yanmasan biz yanmasak, nasıl çıkar karanlıklar aydınlığa ?... Nazım Hikmet.
Ministry of İnternal Affairs
Eskishehir Anadolu University "Business Adminstration"
Dünya, 5 Ağustos
10 okur puanı
Kasım 2020 tarihinde katıldı
Emile Zola "Tereza Raken"
Puan vermedi·240 syf.··
Beğendi
·
2020 11. kitabı
"Tereza Raken" 1867-ci ildə fransız yazar Emile Zola tərəfindən qələmə alınıb. Oxucular tərəfindən maraqla qarşılansa da tənqid atəşinə tutulub, əxlaqsızlıqla ittiham edilib və "Tereza Raken" jurnalistlər tərəfindən "çirkin ədəbiyyat" adlandırılıb. Halbuki , yazıçının məqsədi fiziki cəhətdən güclü bir kişi ilə uşaqlıqdan bibisinin himayəsində - xəstə bibisi oğlu ilə - yaşayan qadının timsalında , insanın heyvan mənşəyini açmaq , bu varlıqların amansız dramını göstərmək idi. "Həyat - içindəki səhifələri dəyişmək mümkün olmayan kitabdır! "
Edebiyat
Tereza Raken Emile Zola · Qanun Nəşriyyatı · 20173,320 okunma
Reklam
George Orwell "1984"
Puan vermedi·381 syf.··
Beğendi
·
2020 10. kitabı
Sonunda keçən il aldığım amma oxumağa fürsət tapmadığım George Orwell'in "1984" kitabını oxuyub bitirdim. "Time" Jurnalının Ölmədən Öncə Oxunması Gereken 100 kitab içerisində 2-ci yerdədir bu kitab. Əsasən çox təriflənən kitablar gözlədiyim kimi olmur amma "1984" gözlədiyimdən artıq təsir bağışladı mənə. Kitabda bəhs edilən "Gələcək" oxuduqca daha yaxşı olacaq deye düşünürdüm amma tam əksi oldu. Düşüncə azadlığı bir yana qalsın, Azadlıq kəlməsinin var olmayacağı bir gələcəyə doğru gedilirdi. Kitabda bəhs olunan dünya çox qorxuducu olsa da , olduqca mükəmməl yazılmışdı. Oxumağı tövsiyə edirem.
Edebiyat
1984George Orwell · İlya Yayınevi · 2003199,9bin okunma
Waris Dirie "Səhra çiçəyi"
Puan vermedi·344 syf.··
Beğendi
·
2020 9. kitabı
Bugünə qədər oxuduğum "Ən" təsirli kitablardan biri oldu "Səhra çiçəyi" . Waris Dirie - nin Somali'də dünyaya göz açmasından sonra BMT-nin xüsusi nümayəndəsi olmasına qədər yaşadığı "çətin və ağrılı" həyat hekayəsini paylaşdığı bir bioqrafik kitabdır. Waris Dirie model, yazıçı və aktrisa , Qadın Sünnətinə Qarşı (FGM) müdafiəçi kimi fəaliyyət göstərib. Kitabın əsas mahiyyəti insanlara Somali'də yaşayan milyonlarla qız uşaqlarının məruz qaldığı erkən nigah, çətin həyat tərzi və qadın sünnətinə diqqət çəkməkdir. Hər il milyonlarla qız uşaqları 4-5 yaşında olarkən qadın sünnətinə məruz qalır və öz qadınlıq hisslərini ömür boyu itirirlər. XXI əsrdə olmağımıza baxmayaraq bu haqqda hələ də heçbir məlumatım olmadığına təəsüfləndim sadəcə. Waris Dirie-nin də kitabdan qeyd etdiyi kimi: "Bir gün gəlsin, heçbir qadın belə ağrı çəkməsin və bu çox keçmişdə qalmış bir ənənədir desinlər."
Edebiyat
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
Daniel Keyes "Elcernon üçün çiçəklər"
Puan vermedi·323 syf.··
Beğendi
·
2020 6. kitabı
Kitabı oxumağa başlayırsan bir ümidlə və bitdikdə böyük bir boşluğa düşmüş kimi hiss edirsən özünü. Nə qədər düşünürsənsə, analiz edirsən və bəşəriyyət üçün faydalı işlər görürsənsə bir o qədər yalnızsan... Çarlinin əməliyyatdan öncə ətrafında "dost"larının olması, əməliyyatdan sonra isə onların Çarlini aralarına qəbul etməmələri buna bir sübut idi. Oxuyun bu kitabı ,oxuyun. Və sonda Elcernon üçün çiçəklər qoymağı da unutmayın...
Edebiyat
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 036,3bin okunma
Qoqol "Şinel"
Puan vermedi·48 syf.··
Beğendi
·
2020 5. kitabı
"Hamımız Qoqolun Şinelindən çıxdıq."- sözü ilə başlayan bir macəra oldu mənimçün. Qoqol "həyatdakı bayağılıqların usta rəssamı" , Şineli isə bu "bayağılığın trajik yanlarını" oxucuya çatdıran bir əsər. Akaki Akakiyeviç şəxsiyyəti taptalanan və alçaldılmış bir xarakterdir. Kitabı oxuyarkən "Xəz paltolu Madonna"-nın Raif əfəndisini xatırladım. İncə bir kitab olsa da çox məlumat var. Qoqol insanın düşüncələrini alt-üst etməyi bacarır. Təsadüfən başlamış bir cümləni heç düşünə bilməyəcəyiniz bir formada bitirə bilir. Sonlara yaxınlaşdıqca çox təsir etdi... Oxumaq və düşünmək lazımdır sadəcə...
1000Kitap
PaltoNikolay Gogol · Turkuvaz Kitap · 202046,2bin okunma