Aceso

Ağıllı və gözəl olmaq böyük şeydir.
Edebiyat
Reklam
Mən yeriyir və oxuyurdum; heç bir dostu və xeyirxah tanışı olmayan, şad dəqiqələrində öz sevincini heç əkslə bölüşə bilməyən başqa xoşbəxt adamlar kimi mən də xoşbəxt olduğum zaman mütləq bir mahnı zümzümə eləyirəm.
Edebiyat
Bu təbiəti seyr edərkən o mənə, qeyri-ixtiyari, xəstə və zəif bir qızı xatırladır; siz bu qıza təəssüflə, bəzən mərhəmət qarışıq bir məhəbbətlə baxırsınız, bəzən isə onu sadəcə görmürsünüz, lakin o birdən, ani olaraq, gözlənilmədən dəyişir, təsəvvürə sığmayan ilahi bir gözəllik kəsb edir, siz bu gözəllikdən son dərəcədə heyrətlənmiş, məst olmuş bir halda, qeyri-iradi, öz-özündən soruşursunuz: «Bu kədərli, düşüncəli gözləri belə parladan hansı qüvvədir? Necə oldu ki, bu solğun, batıq yanaqlara qızartı çökdü? Bu əzrif cizgili sifətin ehtiraslı bir təbəssümlə örtülməsinə səbəb nədir? O nə üçün belə tez-tez nəfəs alır? Zavallı qızın çöhrəsini qəflətən qüvvət, həyat və gözəllik ifadələrilə dəyişən, belə şən bir gülüşlə canlandıran nə oldu?» Siz ətrafa baxıb kimi isə axtarır, bu sirri açmağa başlayırsınız... Lakin bu gözəllik ani bir surətdə parladığı kimi, ani olaraq da sönüb gedir. Ehtimal ki, ertəsi günü siz yenə həmin düşüncəli və dalğın baxışlara təsadüf edəcək, yenə qızın solğun çöhrəsini, hərəkətlərindəki itaətkarlıq və cəsarətsizliyi görəcək, hətta sizi dünən bir dəqiqə, yalnız bircə dəqiqə cəlb etdiyi yazıq qızın nə isə bir ruh düşkünlüyü, kədər və peşmançılıq əzabı içərisində çırpındığının şahidi olacaqsınız... və siz bu ani gözəlliyin belə tez və əbədilik solduğuna, aldadıcı bir parıltı ilə nahaq yerə şəfəq saçdığınız və nəhayət, bu qızı sevməyə belə vaxt tapmadığınıza təəssüflənəcəksiniz...
Edebiyat
Sanki məni unutmuşdular, sanki mən onların nəzərində həqiqətən yad bir adam olmuşdum!
Edebiyat
Dəfələrlə pəncərədən boylanıb küçəyə tamaşa eləyirdim, ancaq əbəs yerə, heç bir yüngüllük duymurdum!
Edebiyat
Reklam