Xəyala dalmaq çox yaxşı şeydir. – O, bir qədər susub, sonra ciddiyyətlə əlavə etdi: – Yox, bəlkə də yaxşı deyil, allah bilir!
Bəzən adam elə halda olur ki, xəyal da yada düşmür.
— Bəs siz bu vaxta qədər sərgüzəştsiz necə yaşamısınız?
— Elə-belə, tamamilə sərgüzəştsiz-filansız yaşamışam! Necə deyərlər, öz xəyallarımla yaşamışam, yəni həmişə tək olmuşam, tamam tək, başa düşürsünüzmü? Tək!
Siz bir az bundan əvvəl gözəl sözlər danışırdınız, deyirdiniz ki, doğrudanmı insan hər bir hissi, hətta qardaşlıq məhəbbəti haqqında da başqasına hesabat verməyə borcludur?
Ancaq bir arzu ilə yaşamışam ki, bəlkə, nəhayət, mənim də bəxtimə biri düşəcək. Ah, bu arzu ilə yaşaya-yaşaya neçə dəfə aşiq olduğumu bilsəydiniz!..
— Aşiq? Kimə?
— Heç kimə, öz-özlüyümdə uydurduğum xəyal pərisinə, həmin o pəriyə ki, gecələr yuxuma girir.