Kitab çox mükəmməl idi. Hər şeyini bəyəndim. Yazıçının təsviri, yazım şəkli, mövzusu super idi. Kitab Peter Pani sanki pis tərəflərini göstərir. Bu kitabla başa düşdüm ki, Peter Pan bildiyimiz qədər düzgün bir obraz deyil. Uşaqları öz dünyasından ayırıb, özünün maraqları üçün fəda edir. Kitabda Sekeu, Abraham, Kızılkemik, Nick, Cricket, Danny kimi obrazları çox istədim. Bəzi obrazların ölümü və kitabın sonu məni ağlatdı. Kitabda elə gözəl təsvir edilmişdi ki hisslər. Əsas da dostluq və birlik. Döyüş səhnələrində Şeytanların birliyi tamam fərqli idi. Əsərin axıcılığı hələ, insan bir bölməni bitirəndə digərinə keçmək istəyir. Bunlarla yanaşı kitabda bəzi obrazların şəkilləri var, o fikri də çox bəyəndim.
Kitabda Peter Pan uşaqları dünyadan aparır Avalona. Seçdiyi uşaqlar tacizə uğramış, pis vəziyyətdə yaşayan, kədərli olanlar olur. Avalonda onlara guya xoşbəxt həyat veriləcək. Avalonun da 3 tanrısı var. Leydi, Cadı Ginny, Uluboynuzlu. Peter Panin özünün də bir hekayəsi var, Avalona necə gəlib, bölmə kimi kitabın daxilindədir. Bir də cinlər, leşyiyənlər, pərilər, canlı ağaclar, trollar, barghestlər və s. var. Cinlər tanrılara xidmət edir, leşyiyənlər isə insanlardı. Bu insanlar da bir gün gəmi ilə gəlib bu sahilə çatıb, getmək istəyiblər, amma Leydi elə başa düşüb ki, qalmaq istəyirlər, bütün Avalonu Mistlə əhatə edib. Bu Mist də onların leşyiyən olmasına gətirib çıxarıb, yəni dəriləri insanınkı kimi olmayıb, sanki heyvan dərisi kimi, xasiyyətləri də insanlıqdan çıxıb, bəziləri istisna. Kitab da leşyiyən və Avalonu qoruyanlar arasında mübarizədir əsas.
Kitabı hamıya tövsiyə edirəm. Qorxu və həyəcan hissini insana tam yaşadır. Əla kitabdır yəni.