İcrası vacib olduğunu bildiyimiz işləri yerinə
yeritməmək bizdə günahkarlıq hissi yaradır, bu isə özünə inam hissini dağıdır. Bizim özümüzə inamımız azaldığından həyat aktivliyimizin də səviyyəsi düşür. Həyat aktivliyimiz azaldığından nəticələrimiz də pisləşir. Nəticələrimizin zəifləməsi ilə mövqeyimiz də zəifləyir. Bu proses zamanı həyata münasibətimiz pozitivdən neqativə dəyişir, özünəinam hissimiz isə daha da azalır və s...Əgər biz görülməsi vacib olan işi görmürüksə, onda neqativ spiral yaranır ki, bir dəfə burduqda qarşısını saxlamaq çox çətin olur.