Məsələ qətiyyən kitabların baha olmasında deyil! Əgər insan kitabın baha olmasını zənn edirsə, onda o, müəyyən vaxtdan sonra həmin kitabı almadığına görə mütləq xərcə düşəcək. Öz cahilliyinin hesabını vermək məqamına yetişəcək.
Əgər daha yaxşı gələcək qurmaq istəyiriksə, keçmiş xatirələrin, həm yaxşı həm də pis xatirələrin dəqiqliyinə
əmin olmalıyıq. Biz ayrı-ayrı məqamları xəyalımızda
canlandıraraq keçmişin üzərində düşünməli və alınan dərsə nəzərən indiki hərəkətlərimizi təkmilləşdirməliyik. Biz faktlarla manipulyasiya edərək, özümüzdən başqa hər
kəsi günahlandırmağa çalışırıqsa, deməli, reallıqdan qaçmağa çalışırıq və bu, o deməkdir ki, keçmiş səhvləri və çətinlikləri yenidən yaşamağa məhkumuq.
Varlıların da, kasıbların da uşaqları problemlərlə
rastlaşırlar. Kasıblar kimi varlıların da ailə münaqişələri
olur. Valılar da, kasıblar da, maliyyə və şəxsi fəlakətə
səbəb ola biləcək problemlərlə üzləşirlər. Son nəticədə,
bizim həyat keyfiyyətimiz baş verənlərlə deyil, böyük
əziyyətlə yelkənləri qurduqdan sonra küləyin istiqamətini
dəyişdiyini gördükdə necə reaksiya verməyimizdən
asılıdır.