Shamila Abishova

Shamila Abishova

, bir kitap okudu
Puan vermedi·448 syf.·
Beğendi
·
13 günde okudu
·
Okunma: 04 Şubat 2026 23:08
·
2026 1. kitabı
Khaled Hosseini
9.2/10 · 192,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
- Dedi "elə qorxuram ki". Soruşdum "niyə?" O da dedi, "O qədər xoşbəxtəm ki, doktor Rəsul. Bu qədər hərtərəfli xoşbəxtlik qorxudur məni". Mən səbəbini soruşdum. O da dedi: "Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər".
Sayfa 291·Kitabı okudu
Amma Babanın "səni bağışlayıram" deməsi məni şoka saldı. Bağışlayır? Bəs oğurluq bağışlanmaz günah, bütün günahların mayası idi axı. Sən adam öldürəndə onun həyatını oğurlayırsan. Onun arvadının ərli, uşaqlarının atalı yaşamaq haqqını yağmalayırsan. Sən yalan danışanda başqasının həqiqət haqqını çalıb-çapırsan. Kəf gələndə, birinin ədalət haqqını yeyirsən. Oğurluqdan pis hərəkət yoxmuş. Bunu Baba özü deməmişdimi? Bəs onda Həsəni necə bağışlaya bilərdi? Necə olurdu ki, Baba Həsəni oğurluğa görə bağışlaya bilir, məni isə onun istədiyi oğul ola bilmədiyimə görə bağışlaya bilmir? Niyə?
Sayfa 128·Kitabı okudu
O gülümsəyirdi. Anasının bətnindən çıxdığı anda etdiyi kimi. Sonra şiş çəkildi və yara da sağaldı. Bir müddət sonra dodağının üstündəki çəhrayı çapıqdan başqa heç nə əvvəlki dovşan dodağı və əməliyyatı xatırlatmırdı. Növbəti qışa isə zəif bir iz qalmışdı. Bu da taleyin ironiyası idi. Çünki o qışdan sonra Həsən daha gülümsəmədi.
Sayfa 58·Kitabı okudu