“Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi “Rəhi-narəbdə” deyildir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu haqq yolu və millət yoludur. Bir yol ki, müasir şərq hal-hazırda o yolla salih olmuşdur. Bir yol ki, sabit Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəxi o yola girmişlərdir. Bir yol ki, milliyyət hədəfi istiqlaldır!”
“Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təxmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur, istila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcavizanə ultimatumu rədd etməliyik...