Bu qüvvələr yalnız ilk baxışdan zərərlidir, əslində isə onlar sənə öz yolunu necə tapmağı öyrədir. Onlar sənin ruhunu möhkəmlədir, iradəni bərkidir, zira bizim dünyamızda bir böyük həqiqət var: Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu sənin Yer üzündəki vəzifəndir.
Bəzən tale öz yönünü dəyişən, yolunu tapa bilməyən kiçik qum fırtınası kimidir, Sən yönünü dəyişdiyin an, qum fırtınası sənin arxanca qaçır. Sən yönünü dəyişdikcə, tale səni izləyir. Hər dəfə yenidən təkrarlanan bu oyun, dan yeri sökülməmiş ölümlə kədərli rəqs kimidir. Niyə?! Ona görə ki, bu fırtına səndən kənarda deyil, sənin içində qopur. Beləcə, bunu özün yenidən başlada bilərsən. İçindəki fırtınaya bir az yaxınlaş, gözlərini yum, qulaqlarını tut, addım-addım ona tərəf sürün. Sən qum dənəciklərinin içinə dolduğunu hiss etməyəcəksən. Bu ümmansızlıq günəşsiz, aysız, zamansız və məkansızdır. Sümük parçalayacaq qədər sərt, ağ qum dənəcikləri səmaya sovrulacaq. Bax, belə bir qum fırtınası təsəvvür elə.
"Biz birlikdə xoşbəxt ola bilərik..."-
Kitabın son cümləsi, Nataşanın bunu sonda başa düşməsi və kitabın bu sonluqla bitməsi..... Həqiqətən çox gözəl əsərdir. Oxuyun və oxutdurun!