#k:271710
İlk öncə bu vurğulayım; fiziklə əlaqəniz yoxdursa, oxumağınızı tövsiyyə etmirəm... Kitab çox gözəl idi. Eynşteynin fikirləri, düşüncəsi, insanlara verdiyi dəyər və Allaha inamı barədə yazılmışdı.
"Uğura gedən yollar çətinlikdən gedir" ~A.Eynşteyn
Kimyagər
Kitab həqiqətən çox möhtəşəmdir, siz bu kitab vasitəsilə öz yolunuzu tapa bilərsiniz və əgər öz yolunuzla varsa, o yolunuzla necə maneələri aşaraq necə rahatlıqla yolunuza davam etməyi öyrənəcəksiniz. Kimyagərdən stat:
Dedi ki, xoşbəxt insan-Allahı özündə daşıyan insandır və Kimyagərin dediyi kimi, xoşbəxtliyi adi qum dənəsində də tapmaq olar. Çünki bu qum dənəsi yaratmaq üçün Kainat milyardlarca illər sərf etmişdir. "Yer üzündə yaşayan hər kəsi öz xəzinəsi gözləyir,- qəlbi deyirdi,-lakin biz ürəklər susmağa öyrəşmişik, çünki insanlar öz xəzinələrini tapmaq istəmir. Yalnız uşaqlara biz bu barədə danışırıq, sonra baxırıq ki, həyat necə hər kəsi öz taleyinin görüşünə aparır, lakin bədbəxtlikdən, yalnız çox az adam Öz yolu ilə gedir. Yerdə qalanlara isə dünya qorxu aşılayır və buna görə də doğrudan da təhlükəli olur...
Kimyagər
"Biz birlikdə xoşbəxt ola bilərik..."-
Kitabın son cümləsi, Nataşanın bunu sonda başa düşməsi və kitabın bu sonluqla bitməsi..... Həqiqətən çox gözəl əsərdir. Oxuyun və oxutdurun!
Rhonda ByrneThe Secret
Öncəliklə bunu vurğulamaq istəyirəm ki, "The Secret " kitabı hər kəsin oxuması lazım olan bir kitabdır. Bu kitab əmin olun ki, onu həyatınıza tətbiq etsəniz, sizin həyatınızı dəyişə və sizə çox yaxşı, güclü təsir edə bilər. Kitabın əsas məqsədi oxucuya dünyanın ən böyük sirrini açmaqdır. Bu sirr nədir??? Əlbətdə ki, kitabı oxumayanlar ən çox bunu merak edir. Kitab həmçinin çox motivasiya doludur. Kitabın bizə çatdırmaq istədiyi sirr bundan ibarətdir ki, əgər siz həyatınızı yaxşılaşdırmaq və istədiyiniz şeyi əldə etmək istəyirsinizsə, sadəcə və sadəcə olaraq düşüncənizi dəyişməlisiniz!!! Mənfi düşüncələrinizi sadəcə müsbət düşüncələrlə əvəz edin. Qarşıda olan həyatı pis olaraq deyil, yaxşı gözlə görməyə çalışın. Əmin olun ki, həyatınızda heç olmasa, 10%,20% dəyişiklik yaşayacaqsınız. Dünyaya baxış acınız dəyişəcək və hər şeydən öncə özünüzün istədiyiniz həyatı yaşayacaqsınız. Sadəcə Təxəyyül, düşüncə və xəyal gücü ilə....
Yazıçının GündəliyiYazıçının GündəliyiYazıçının Gündəliyi
"Bir halda ki, cəmiyyət anormal şəkildə qurulmuşdur, ona görə də insan fərdlərindən öz hərəkətlərinə görə cavab verməyi tələb etmək olmaz. Deməli, cinayətkar heç bir məsuliyyət daşımır və hələlik cinayət deyilən şey yoxdur. Cinayətlərə və insan günahkarlığına son qoymaq üçün cəmiyyətin qeyri-normallığına və onun quruluşuna son qoymaq lazımdır."