Arif:
- Burda durulmaz, çəkilib qaçmalı
Qaçmalı, vəhşətdən uzaqlaşmalı...
İblis:
+ Qaçmalı, əlbəttə, uzaqlaşmalı,
Başqa cinayətlərə yaqlaşmalı.
Siz nə qadar bəndən uzaqlaşsanız,
Yer deyil, əflakə uçub qaçsanız,
Qarşılayıb birləşiriz daima,
Ayrı deyil, çünki biriz daima