-Bəs işin sonunu necə təsəvvür edirsən?
-Əvvəllər fikirləşirdim ki, hər şey yaxşı qurtaracaq. Ancaq indi özüm də buna bəzən şübhə edirəm. Bilmirəm necə qurtaracaq.... Sən bilirsən?
-Xeyr! Ancaq qorxuram ki, pis qurtarsın. Səni günahkar hesab eləyirlər. Bəlkə də məhkəmən heç aşağı instansiyalardan çıxmadı... Ən azı, sənin günahını hələlik sübut olunmuş hesab edirlər.
-Axı mənim heç bir günah işim yoxdur! Bu səhvdir! Ümumiyyətlə, insan necə günahkar ola bilər?! Axı hamımız eyni adamlarıq...
-Düzdür, ancaq bütün günahkarlar belə danışır.
-Sən də məni günahkar hesab edirsən?
-Xeyr, mən səni günahkar hesab etmirəm.
-Təşəkkür edirəm. Ancaq bu işdə iştirak edənlərin hamısı məni günahkar hesab edir. Onlar iştirak etməyənlərə də təsir edirlər. Mənim də vəziyyətim getdikcə çətinləşir.
-Sən işin mahiyyətini başa düşmürsən. Hökm birdən-birə verilmir, ancaq istintaq getdikcə hökmə çevrilir.