Amma gözəllik, həqiqi gözəllik intellektual ifadənin meydana çıxdığı yerdə yox olub gedər. Yüksək inkişaf etmiş intellekt artıq öz-özlüyündə bir mübaliğədir və üzün harmoniyasını pozur. İnsan düşünməyə başlayan kimi burnu qeyri-mütənasib bir şəkildə uzanır, ya da alnı genişlənir, ya da başqa bir şey onun üzünü eybəcər hala salır.