Tariyel

Tariyel
@Taran98
One sees clearly only with the heart.
Muhasebeci
Yüksek Lisans(Magistr)
Nahçıvan
Azərbaycan
28 okur puanı
Ekim 2021 tarihinde katıldı
7/10
·672 syf.··
Beğendi
·
2024 1. kitabı
Fi, Çi, Pi üçləməsi.. İlk iki kitabını hərbi xidmətdə olarkən sonuncunu isə yaxınlarda bitirdiyim və oxuduğuma dəyən kitab seriyası. Xarakter çeşitliliyi çox olduğu üçün həyatınızda qarşılaşdığınız insanları rahatlıqla kitabda dərin işlənmiş şəkildə görə bilərsiz. Can'da güc istəyən və sevdiklərinidə bu yolda qurban verməyə hazır şəxsi, Duru'da sırf digərləri tərəfindən sevilsin deyə öz xarakterini heçə sayanları, Bilge'də düşüncə gücünün və sadə xarakterin insana qatdığı rəngi, Deniz'də anlayan, sorğulayan və axtaran insanları, Özge'də sistemə qarşı gələnləri, Sadık'da sevginin dəyişdirdiyi insanları və s görə bilərsiz. Birdən çox fəlsəfik düşüncələri, ideologiyaları, elmi məqalələri, araştırmaları özündə birləşdirir kitab. Misal gətirsək: İslam dini və "egg teoriyası" oxşarlığını görə bilmək və bunu çox detaylı şəkildə yansıta bilmək təqdirə layiqdir. Durmadan təbii seçilimə göndərmə etməsi düzü indiki zaman üçün çox uyğun gəlmədi. Artıq təbii seçilim yerini suni seçilimə buraxıb. Zənginlər kimin həyatda qalacağını Tanrı rolunu alaraq seçə bilirlər. Təkliyin önəmi həm inkişaf həm güc cəhətdən çox yaxşı anladılıb amma sonrasında yalnızlığın gətirdiyi xəstəliklər barədə vurğulamaları çıxılmazlıq yaradıb. Yəni bunu seçilən "təklik" deyə balanslaşdıra bilərik. Yalnızlıq və təklik fərqliliyi. Fərdin inkişafı üçün ara ara çox yaxşı fikirlər aşılanır. Acıya hazırlıqlı ol, sorğulamağı bacar, başqa fikri təsdiqləmək yerinə öz düşüncəni yarat, dinləyə bil, yarğılama, anla və s. İstəmək və durmadan əldə etmək arzusunun gətirdiyi balansızlıq var. Buna çox yaxşı deyinir. Yəni sahib olduqlarımız sonradan bizlərə sahib olur. Öyrənmək bizim tələblərimizlə əlaqəlidir. Acı çəkərək öyrənən insan həyat tərəfindən acılarla qarşılanar, üzülərək öyrənən insan eyni şəkildə cavab tapar. Yəni
Hayat
Pi - 3. KitapAkilah Azra Kohen · Everest Yayınları · 201814bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
7/10
·56 syf.··
Beğendi
·
2022 10. kitabı
İlk əvvəl yazıçı, öz xoşbəxtlik modelini bizə təqdim edərək digər xoşbəxt olma yaxud bədbəxtlikdən qaçınma məslələrinə deyinir. Yazıçının ən çox nəzərə çarpan fikirlərində, xoşbəxtlik negatif bir yaşam, acılarla, əziyyətlə və daha çətin yaşanan bir həyatı isə, müsbət şəkildə ələ alır. Çunki, xoşbəxtlikdə reallıq yoxdu və bu sadəcə bizim şüurumuzdan asılı olan bir məfhumdu amma acı çəkməmiz realdı. Yəni xoşbəxt olmaq üçün xoşbəxt olmaq lazım deyil, sadəcə acını özümüzdən uzaq tutmaq lazımdı. İkinci ələ aldığı məsələ sağlamlıqdı. Yazıçıya görə özündən xarici olaraq gələn xoşbəxtlik sağlamlıq olmadıqda heç bir təsir bəxş etmiyəcək sənə, nəinki daxildə olan xoşbəxtlik. Ona görə gənc yaşlarda hətta daha yaşlı zamanlarda belə öz sağlamlığını gücə, pula, işə və tərzi arzulara görə qurban vermək, xoşbəxtliyə çata bilməməyin ilk addımıdı. Çunki çatdığınız nöqtədə artıq sağlamlıq olmadığına görə xoşbəxtdə ola bilməyəssiz. Üçüncü bir yanaşmada paradoksal bir yanaşmadı. Xoşbəxt olmaq üçün dərin deyil daha üzdən baxan və düşünməyən biri olmağın vacibliyini çatdırır. Ona görə dahi insanlar melankolik yaşamağa məhkumdurlar.Nəticədə daha zəif baxış açısı yada zəkası olacaq insanın xoşbəxt olacağı irəli sürülür. Bu çətinlikdən qurtulmağın yeganə yolu isə xoşbəxtliyi içsəl yaşamaq və özümüzdən gələn pozitiflliyi yarada bilməkdir. Bunun üçündə kişilik vacibdir. Fəzilətləri(erdem), vicdanı, inkişafı və məqsədi olan bir kişilik... Və Platonun dərəcəlilik qanunu həmişəki kimi öz yerindədir. Yəni xəyal, ümid, arzu və əksi olaraq negatif olan bütün hissləri dərəcə ilə nəzarət altına almaq. Çunki müsbət hisslərdən gələcək əldə olunmama hissinin vurduğu zərbəni, eyni dərəcədə artıq yaranmış qorxu tərzi negatif hisslər yaşada bilər..Ona görədə hər iki hissdə yaşanacaq məyusluq və hədsizliyi bu
Felsefe
Mutlu Olma SanatıArthur Schopenhauer · Can Yayınları · 202017,7bin okunma