Məmmədov Rəşid

384 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
Uzun zaman idi ki kitab oxuya bilmir ya da oxuduqlarımı yarımçıq qoyurdum. Buna görə də neçe aylardır rəfimdə olan bu kitabı oxumaq qərarına gəldim. Yaxşı ki bu kitabı oxudum, Wulf Dorn yenə mövzu axıcılığı, hadisələrin bağlılığı və mövzu seçimi ilə öz sözünü deyib. Əvvəl oxuduğum kitabların da olduğu kimi əgər başladınsa kitabı əlindən yerə qoya bilmirsən. Bir sözlə kitab oxuma həvəsini yenidən qaytardı deyə bilərəm. Bu əsərdə isə Doro adlı bir gənc qızın başına gələnlər danışılır. Qızı hər kəs dəli olaraq görür, hətta bəzən özü də belə düşünür. Bununla yanaşı özünü bir cinayet hadisənin içində tapır. Bundan sonra isə hər şey daha da qarmaşıq hala gəlir. Yenə də sonunu təxmin edə bilmədiyim bir kitab oldu. Wulf Dorn bu cəhətini də çox bəyənirəm sonda her zaman insanı təəccübləndirməyi bacarır.
Hain Yüreğim
Hain YüreğimWulf Dorn · Pegasus Yayınları · 20152,150 okunma
Reklam
376 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
"Əsl sevgi isə intihar kimidir. Sən öz "mən"ini öldürməyə və "biz" kimi dirilməyə razılaşırsan". Bu dəfə Qaraqanın son kitabı olan "Art və Xaos" haqqında fikirlərimi bölüşmək istəyirəm. Bu kitabla birlikdə Qaraqanın bütün kitablarını oxumuş oldum. İlk öncə bu kitab Qaraqanın ən iri həcmli əsəridir. Kitab öz içində təkrara yol vermirdi, buda onu daha rahat oxumağa səbəb olurdu. Kitabda Eyden adlı keçmiş SSRI-nin tərkibində olan bir Şərq ölkəsindən(yəqin ki bu ölkənin Azərbaycan olduğunu hər kəs anlamışdır) New-Yorka gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs edilir. Kitabda Eyden obrazı üzərindən Qaraqan məncə öz şəxsi düşüncələrini, öz baxış tərzini və ən əsası şəxsi həyatını, musiqiçi kimi yaşadığlarını və hiss etdiklərini bizlərə çatdırır. Kitabı oxuyanların bəzi qismi kitabın sonunun gözlədikləri kimi bitmədiyini deyirlər, amma məncə kitabın sonu kitabı daha dəyərli və daha anlamlı etmişdi ,ən azından mənə görə elə idi. Bəzi şeçimlər var ki, doğru və yanlış , həqiqət yoxsa yalan anlayışı insana görə dəyişə bilər. Məncə bu əsərdə də o çatdırılmaq istənilmişdi. Kitabı bitirəndən sonra gördüyüm ilk iş isə, "Mələk" və "Adəm və Həvva" mahnılarına qulaq asmaq oldu.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019667 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 saatte okudu
"Ölülər rahat idi.Əsl dirilməli olanlar "yaşayanlar" idi. Bu dəfə paylaşacağım kitab Azərbaycan dramaturqu, cəhalətlə olan mübarizədə böyük və əvəzsiz rolu olan Cəlil Məmmədquluzadənin "Ölülər" pyesidir. Kiçik həcmli bu əsərdə çox önəmli mesajlar əks olunur hansı ki, o problemlər indiki dövrümüzdə də öz aktuallığını qoruyur. "Ölülər" pyesindsəki obrazlar cəhalət içində yaşayan insanlar, bu cəhalətdən istifadə edən Şeyx Nəsrullah və onun köməkçisi və bütün bunlara çıxan Kefli İsgəndərdən ibarətdir. Şeyx Nəsrullah insanların avamlığından və cahilliyindən istifadə edərək din adı altında insanları aldadıb, az yaşlı qızları istismar edir. Əsər də qadınlara olan münasibət, onların fikirləri də dövrə uyğun olaraq əks etdirilib. Az yaşlı qızların əşya kimi istifadə olunması buna ən böyük nümunədir. Bügun də din adı altında insanların cahilliyindən istifadə edənlər heç də az deyil. Ona görə də oxumaq və öyrənmək hər bir insanın həyatdakı ilk məqsədi olmalıdır məncə "Ölülər!" Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər. "Ölülər"....
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0771 okunma

Okur Takip Önerileri

Tümünü Gör
60 syf.
8/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
"Mühim olan varış değildir, gidişdir". Jose Saramago oxuduğum ilk əsəri idi , və çox qısa bir zamandan oxuyub bitirdim kitabı. Kitab bir hekayədən ibarət olsa bele şəxsi inkişaf barəsində bizə qata biləcəyi bir sıra şeylər var Əsərin adını oxuduğum zaman hekayənin bir ada haqqında olacağını düşünmüşdüm , amm hekayə ada haqqında yox o adanı axtaran adam haqqında imiş. Kəşf olunmamış adaların qalmadığının düşünüldüyü bir dövrdə , dənizçilikle bağlı heç bir anlayışı olmayan bir adamın kraldan aldığı bir qayıq ilə "bilinməyən ada" axtarışandan bəhs olunur hekayədə. Kitab bitdikdən sonra "Adanın axtararkən əsl məqsədi nə idi adamın?" "Bilinməyən adanı tapa bildimi?" kimi suallar bizi düşündürür
Bilinmeyen Adanın Öyküsü
Bilinmeyen Adanın ÖyküsüJosé Saramago · Kırmızıkedi Yayınevi · 200923,4bin okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
" İblis nədir? ­ -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? ­ -İblis!.." Məktəb illərindən yadımda qalan sözlər idi bunlar. Həmişə oxumaq istədiyim amma oxumağın qismət olmadığı bir əsəri də sonunda oxuyub bitirdim. Və səhifədəki Azərbaycan ədəbiyyatından yazacağım ilk kitabdır "İblis". Bu əsərdə bir çox yerdə türk sözlərinə rast gəlirik. Bir müharibə meydanında "İblis"in insanları yoldan çıxararaq günahlara sövq etməsi əks etdirilmişdir əsərdə. Hər bir insanın sadece "İblis" yoldan çıxartdığı üçün pis insan olduqları, bütün günahın "İblis"də olduğunu görürük. 1918-ci ildən yazılan bu əsərdən 102 il keçsə də hələdə belə düşünən insanların olduğunu görürük. Hər birinin əslində "yaxşı" biri olduğuna bütün günahın "Şeytan" da olduğuna özünü inandiran insanlar var. "Şeytan əməlidir" , " Şeytan yoldan çıxartdı" bütün elədiyimiz pis işlərdə arxasına gizlənə biləcəyimiz bir bəhanəmiz var əlimizdə. Bu bəhanə ən çox lənət oxuduğumuz amma çox vaxt arxasına gizləndiyimiz bir bəhanədir həmdə.
İblis
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 2019666 okunma
Reklam
Reklam