Səhər yuxudan oyanıb
Görürəm, yenə gecədi.
Məndən o yana gün doğub,
Məndən bu yana gecədi.
Adamlar da hələ yatır,
Yuxu görə-görə yatır,
Yatanlar ki belə yatır,
Çətin oyana, gecədi.
Sil gözüm yaşını, yatım,
Bir azca qaşınım, yatım,
Qoy atım başımı, yatım,
Yatım, ay ana, gecədi...
Mən bu ağlamalı, mən bu gülməli dünyaya
ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
mən də tamahlanıb ölməyə gəldim.
Hələ bu dünyada izim yoxuydu,
Hər şeyi görürdüm, gözüm yoxuydu,
Hələ ruhum vardı, özüm yoxuydum,
mən bura özümü görməyə gəldim.
Aslında, anksiyete uyanıkken rüya görmek gibidir. Kaygılı insanlar, duygularını detaylı yollardan, imgelerden ve metaforlardan yararla marak ifade eden sanatçılar ya da şairler gibidir.