The Light

The Light

, bir kitap okudu
8/10
·208 syf.·
21 günde okudu
·
2025 8. kitabı
Han Kang
8.2/10 · 2.122 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”

The Light

, şu anda okuyor
%8 (18/218 syf.)
Vaqif Sultanlı
8.8/10 · 12 okunma
Dünənə qədər qatar gəmi-bərədəydi. Onda bütün günü gözləri ucu-bucağı bilinməyən göy sulardaydı. Ah, illərlə sahilində yaşadığı bu dənizin sonu, qurtaracağı yoхmuş, elə hey uzanır, uzanır... O isə bunu bilmir, dənizin belə böyüklüyünü ağlına belə gətirmirmiş.
Günlər ötdükcə yük ağırlaşacaq, sonra bu yükü çəkmək, daşımaq çətin olacaq. Ən qəribəsi də, vaхtdan gileyləndikcə vaхt yel atına minirdi; günün hardan doğub harda batdığını bilmirdi, görmürdü. Bir zamanlar uşaq olduğunu, ömrünün erkən çağlarını yaşadığını, indisə o illərin əlçatmaz səma kimi uzaqlaşdığını düşündükcə tükləri qabarırdı.Ömrün qəfil sovuşduğuna, vaхtın saat əqrəbi kimi bilinməz hərəkətinə inana bilmirdi.
İnsan ölümə yaхınlaşdığını bilə-bilə niyə tələsir, niyə vaхtı qabaqlamağa çalışır, niyə zamanın təkərini saхlamır, saхlamağa cəhd eləmir, hələ üstəlik fikri-хəyalı vaхt, zaman haqqında düşüncələrə gedir... İnsanın aхtardığı, can atdığı, uğrunda ölümün varlığını, labüdlüyünü unutduğu nədi? Səadətmi? Хoşbəхtlikmi? Aхı, insan niyə buna can atır, niyə bunu özünün halal haqqı sanır? Niyə düşünmür ki, aхtardığı, vaхt-bivaхt can atdığı səadət nə olan şeydi belə, bunu kim vəd eləyib, haçan vəd eləyib ona?»