The Light

The Light

, bir kitap okudu
7/10
·180 syf.·
2025 7. kitabı
Ülviyyə Tahir
8.2/10 · 41 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”

The Light

, bir kitabı yarım bıraktı
%39 (148/376 syf.)
Bu mübarizə bizim uzun müddət öncə başla- mış zehni müharibəmizin davamıdır. O, dünən başlamayıb. Heç srağagün də başlamayıb. Bu mübarizə ana bətnində çabalayanda, doğularkən ciyərimizə ilk çəkdiyimiz hava ilə qiyyə vuranda, “gəldim, bacardım” deyə car çəkdiyimiz andakı mənliyimizlə başlayıb.
Quyular qəlbimizdə dərinləşdikcə, divlər atılıb quyularımızda gizləndikcə, belimizə bağladığımız kəndir zəhlətökən bir gözlənti kimi bizi zamanın girdabına çəkər. Məlul-məlul quyumuza boylanıb içində nə olduğunu tapmaq üçün baş sındıraraq ömrü keçiririk. Bu quyu niyə belə qorxuludur? Di- bindən gələn bu nə səsdir belə? Nə istəyir? Bəlkə, elə quyunun təkindən qışqıran elə özüməm? Bəlkə, içinə bir az ölüm, bir az həyat, bir az qorxu, bir az təlaş, bir az da eşq qarışmış bir azadlıqdır? Nə var quyunun içində? Sudur, palçıqdır, yoxsa dəyərli xəzinə basdırılıb orada? Fikir içində gah quyuma, gah da ətrafa boylanarkən insanların necə sərgər- dan olduğunu görürəm: Onlar nəinki quyularını tapıblar, heç quyunun varlığından belə xəbərləri yoxdur. Kimisi divlənib gedib, kimisi keflənib gedib, kimisi evlənib gedib... Kimlər quyusundan xəbərsiz gedib, bunu bircə Allah bilir. Yaşamağı öyrənmək mümkündürmü? Bəs insan olmağı necə?