The Light

Məğlubiyyətdən qorxuruq, çünki təkəbbürlüyük.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Bəli, Maslounun təbirincə desək, insan qorxunun özündən qorxur. Ehtimal olunan ciddi məğlubiyyətin müqabilində əvvəlki asan, həmçinin mübarizəsiz məğlubiyyəti seçirik. Bəli, şahın böyük oğlunu da, ortancılı da yuxu tutdu, onlar almanı kimin oğurladığını görə bilmədilər. Çünki görmək istəmədilər. Naməlumluq hissi o qədər böyük bir qorxu yarada bilir ki, biz daim eyni iş yerində qalmağı seçirik, fərdi inkişafımıza vaxt ayırmırıq, yüksəlişdən qorxuruq. Çoxumuza Akaki Akakiyeviç olmaq xoşdur, çünki həmin mühitə alışmışıq. Ora bizim vərdiş zonamızdır, oradan tərpənmək, yeni təhlükələrlə üzləşmək, yeni mənlə tanış olmaq qorxulu və narahatedicidir. Çünki vərdiş etdiyimiz mühitdə bizi artıq qəbul ediblər, burada rahatıq. Özümüzə ideal bir mən yaratmışıq
Ata-ana daha bu uşağı tanımır, keçən ilki əlaçı uşaqdan yüz səksən dərəcə fərqlənən bu yeniyetmə indi evdə tufan qoparır. Çünki ona tarazlıq öyrədilməyib, ondan daim ideal olmaq istənilib. Çünki səhv etmək ona qadağan edilib. Bu səhnəni genişləndirmək, müxtəlif ssenarilər yazmaq, daha tünd boyalarla rəngləmək olar - orta statistik azərbaycanlı ailəsində bu, vərdiş olunmuş mənzərədir
Filosofların, psixoanalitiklərin, sosioloqların bu qədər israrla bəhs etdikləri "mən”, mənlik arayışı, insanın sosioloji və psixoloji varlıq olaraq cəmiy- yətdə özünə yer tutması, özünü reallaşdırması niyə bu qədər mühümdür? Universitetə qəbul olunmaq, ailə qurmaq, sevdiyi işlə məşğul olmaq kimi fəaliyyətlərin fonunda insanın öz mənliyinin arayışı niyə bu qədər aktuallaşır? Reallıq budur ki, insan sadəcə fiziki, maddi tələbatlarını ödəyərək həyata bağlana bilmir. Ona daha ali hədəflər və məqsədlər lazımdır. Həyatımızın məna kəsb etməsi çox mühümdür. Əgər həyatı- mızın mənası yoxdursa, biz ən bahalı hoteldə də, əsir düşərgələrində də əzab çəkəcəyik.
"Mən kiməm?" sualı hər zaman hər kəsi narahat edən aktual məsələdir. Amerikalı yazıçı Malkolm Kauli 1984-cü ildə xatirələrini yazarkən məhz bu sualı cavablamağa çalışmışdı: “Universitetdə tələbə ikən “Mən kiməm?” sualını verən tələbələri xüsusi simpatiya və xəfifcə aşağılayaraq dinləyərdim. Çünki onların yaşında ikən mən kim olduğumu yaxşı bilirdim. İndi isə o qədər də əmin deyiləm. Səksən beş yaşıma qədəm basandan bəri bu sual fərqli şəkillərdə zehnimdə dolaşır və cavabı hər zaman gözlədiyim kimi olmur.