S.Baghiroffa

S.Baghiroffa
@Tiny_okur_
10/10
·76 syf.··
Beğendi
·
2023 18. kitabı
·
30 saatte okudu
·
Okunma: 05 Eylül 2023 22:54
Satranç Stefan Zweig Nə yazsam da bu kitabı anlatsa... Oğuz Atayın da dediyi kimi "kelimeler bazı anlamlara gelmiyor". "Bilinməyən bir qadının məktubu" dan sonra yenə Zweig oxumalı olduğumu düşündüm. İnsan hiss və psixologiyasını o qədər dərin, detallı təsvir edib ki oxuyanda qəribə bir şəkildə insan qəhrəmanın yaşadıqlarını hiss edir. Əsərin adı Satranç olsa da bir şahmat oyunundan daha çoxu var bu kitabda. Bir heçliyə məhkum edilən Dr. B nin hücrədə keçirdiyi o dəhşətli aylarda hiss etdiyi iç sıxıntısı və təcrid edilmişliyin verdiyi acı, xəstəlik, hətta dəlilik səviyyəsinə belə çatır. Kitabda müəllif insanın kitaba, ünsiyyətə olan ehtiyacını və monoton bir həyatın insan doğasına nə qədər zidd olduğunu ustalıqla vurğulayıb: Yani bakacak yeni, başka bir şeyim olmuştu en sonunda ve açlıktan çılgına dönmüş gözlerim her ayrıntıya hırsla saldırıyordu. Bu paltolardaki her kıvrımı gözledim, örneğin ıslak yakaların birinden sarkan bir damlayı ayrımsadım ve bu size çok gülünç gelebilir ama, çılgınca bir heyecanla bu damlanın ne yapacağını bekledim, en sonunda kıvrım boyunca aşağı mı süzülecekti, yoksa yer çekimine biraz daha direnip olduğu yerde mi kalacaktı; evet, sanki; yaşamım buna bağlıymış gibi, dakikalarca soluk almadan bu damlayı izledim. Sıxıntıdan dəli olmamaq üçün güclə tapdığı kitabı hücrəyə gətirməyi bacaran Dr B nin kitabdakı bütün şahmat qaydalarını öyrənib bitirdikdən sonra öz özü ilə şahmatı bu qədər möhtəşəm oynayarkən beynində və ürəyində keçirdiyi həm maraq, həm ziddiyət, həm hırs,həm də sarsıntı kimi qarmaqarışıq duyğuları nə qədər istəsəm də ətraflı izah edə bilmərəm. Təvözökar və istedadlı Dr B nin fonunda digər obraz olan özündənrazı, soyuqqanlı şahmat ustası Czentoviç çox sönük qalır, puldan başqa heç bir şeyə önəm verməyən bu insan, insani normal
SatrançStefan Zweig · Mekika Yayınları · 2021279,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·68 syf.··
Beğendi
·
2023 17. kitabı
·
3 saatte okudu
·
Okunma: 01 Eylül 2023 18:55
Bilinmeyen Bir Kadının Mektubu Stefan Zweig Bu kitab bildiyiniz və adından da göründüyü kimi bilinməyən bir qadının məktubudur. Platonik tipli şeyləri sevmədiyim üçün bu kitabı oxumağı düşünmürdüm amma hər yerdə tez-tez qarşıma çıxdığına görə maraqdan oxumaq qərarına gəldim. Zweig qadının bütün hisslərini- istər sevgi istər əzab- o qədər detallı təsviri edib ki, onun qələminə heyran olmamaq mümkün deyil və kifayət qədər də təsirli əsərdir. Kitabin mövzusuna gəldikdə isə bu qadının hiss etdiklərinin sevgi yox, saplantı olduğunu düşünürəm. Heç bir insan kiməsə görə özünü bu qədər fəda etməməlidir, xüsusilə də qarşıdakı R adlı yazıçı kimi vecsiz, həyatı gəlişinə yaşayan biridirsə. Diqqətimi ən çox çəkən isə qadının atası olmadan, onunla maraqlanmayan, onu sevib qayğısına qalmağı unutmuş bir ana ilə böyüməsi detalıdır, elə bu saplantılı, qeyri- sağlam sevgi də, qadının illərlə bütün həyatını bir heç uğruna fəda etməsi də uşaqlıqdan verilməli olan sevginin əksikliyindən qaynaqlanır. İllərlə özənlə göndərilən Ağ güllərdən belə heç nə anlamayan, anlamağa da çalışmayan, qadını heç bir an tanımayan bu R adlı yazıçı da əminəm hər oxucuda ikrah hissi oyadar. Əsərin dili bir neçə saata bitirə biləcək qədər axıcıdır. Zweigin anlatım tərzinin mükəmməlliyindən danışmağa ehtiyac belə yoxdur məncə. Əsərdən onu anlayırıq ki, insan birilərini tanımağa da, tanımağa çalışmağa da, sevməyə də gecikməməlidir və bir də insan doğru ünsiyyətlə özünü və öz prinsiplərini çeynəmədən hər şeyi danışıb həll edə biləcəyinə inanmalıdır.
İnsan ve Hayat
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,4bin okunma
9/10
·125 syf.··
Beğendi
·
2023 14. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Ağustos 2023 09:00
Fareler ve İnsanlar John Steinbeck Əsər iki həm xarakter, həm də görünüş cəhətdən bir-birinə əks insanın macəralarından bəhs edir. Kitab Lennie kimi əqli zəif və həssas ürəyi olanlar üçün dünyanın nə qədər çətin olduğunu da göstərir məncə. George isə naməlum məchul bir xarakter olaraq qalacaq mənim üçün. Dostunu sevib qorumağa çalışan birimi yoxsa onun fiziki gücündən istifadə edən ikiüzlü bir dostmu? Əsərdə müəllif o dövrdə yaşayan insanların həyat tərzi və düşüncələrini də aydın təsvir edib. Hər cür ayrıseçkiliyə, xüsusilə də irqi ayrıseçkiliyə qarşı olan biri olaraq Seyis adlı zəncinin çəkdiyi əziyyətlər, insanların onu öz aralarından qovması, bir fərd kimi hörmətə layiq görməməsi mənə əqli zəif olan, toxunduğu hər şeyi öldürən Lennie nin çəkdiyi əziyyətlərdən daha ağır gəldi.İnsanların hər yerdən qovduğu Seyis təsəllini kitablarda tapsa da, heç kimlə bir ünsiyyət olmadan xarakterinin də nə qədər sərtləşdiyini və sevgiyə möhtac olduğunu acı şəkildə hiss edir. Kitabın sonu məndə çox qarışıq hisslər oyatdı. Kitabın adına ilham olan Robert Burn-nün şeirindəki kimi "En iyi planları farelerin ve insanların sıkça ters gider..." mesajı var bu kitabda və sonda onu deyə bilərəm ki, kitabı oxuyun, amma xəyallarınızdan da, onları gerçəkləşdirəcəyinizə olan inamınızdan da heç vaz keçməyin...
Hayat ve İnsan
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,5bin okunma