Napolyon Bonapartın həyat yoldaşı Josephine,incə hesablanmış bir koketlik (flörtözlük,insanların diqqətini cəzb etməyə çalışan, daha çox əyləncə məqsədli flörtöz edən insanlar) yaxınlaşması ilə ərinin üzərində çox öncədən üstünlük qazanmışdı.Daha sonraları isə tez-tez və çoxda masum olmayan gözyaşları ilə bu gücünü davam etdirmişdi.Birinin ağladığını görmək dərhal duyğularımıza təsir edər; heç vaxt biganə qalmarıq.Ağlayan şəxsə yazığımız gələr və gözyaşlarını dindirmək üçün normal şərait altında etməyəcəklərimizi belə edərik.Ağlamaq olduqca effektiv bir taktikadır,amma ağlayan şəxs hər zaman masum deyildir.Normalda, gözyaşlarının arxasında bir şeylər vardır, amma bəzən də təsir etmək üçün bir rol aparıla bilər (Əgər qurban bunun fərqinə vararsa,taktikanın sonu gəlmişdir.)