Kainatın həcminin, gecələri göy üzünə baxaraq xəyal edəbildiyimizdən çox daha böyük olduğu artıq bilinir. Bənzər şəkildə beynimizin içindəki kainatda, şüurlu təcrübələrimizlə təyin edilən sərhədlərin çox uzağına qədər çatır. Bu iç kainatın inanılmaz böyüklüyünü yeni yeni anlamağa başlamışıq.Bir dostunuzun üzünü tanımaq, maşın sürmək, bir lətifəni anlamaq, ya da soyuducudan nə çıxaracağınızı bilmək ilk baxışda çox əziyyətli bir proses kimi görsənə bilər; amma əslində bunları mümkün edən şey, şüurlu fərqindəlik səthinin dərinliyində baş verən diqqətli hesablamalardır. Hal hazırda, həyatınızın bütün anlarında olduğu kimi, serebral şəbəkəniz fərqli üsullarla yüksək səviyyədə fəaliyyətdə, hüceyrələr boyunca qaçaqaçda olan milyonlarla elektrik siqnalı, neyronlar arasındakı trilyonlarla əlaqə üzərində kimyəvi impulslar yaratmaqda. Ən bəsit fəaliyyətinizin altında belə möhtəşəm bir neyron fəaliyyəti vardır. Siz bütün proseslərdən bixəbər yaşayarkən, necə davrandığınız, önəm verdiyiniz şeylər, reaksiyalarınız, eşqləriniz və həvəsləriniz, əslində səthin altında baş verənlərlə formalaşıb rənglənməkdədir. Təcrübələriniz, bütün bu gizli şəbəkələrin son nəticəsidir sadəcə. Bəs amma, gəminin sükanı tam olaraq kimdədir?