Abdullazadə

Abdullazadə
@Ulker_a

Abdullazadə

, bir kitap okudu
Puan vermedi·626 syf.··
2025 4. kitabı
Charlotte Brontë
8.9/10 · 42,1bin okunma
Reklam
Puan vermedi·626 syf.··
2025 4. kitabı
Ceyn Eyr mənim üçün sadəcə bir kitab deyil, bir dikbaşlıq dastanına çevrildi. Ən çox təsir edən nə oldu bilirsiz? Onun Roçesterə olan sevgisi yox, öz ləyaqətinə olan sadiqliyi. ''Getsəm öləcəm, qalsam yox olacam'' dediyi o fırtınalı gecədə, tək-tənha yola çıxmaq üçün sarsılmaz bir iradə lazımdır. Ceyn sübut etdi ki, dünya səni nə qədər kənara itələsə də, ruhun azaddırsa sən hamıdan ucasan. O, qalib gəldi amma döyüşərək yox, sadəcə özü olaraq.
Jane EyreCharlotte Brontë · Can Yayınları · 202042,1bin okunma
'Bəyaz Gecələr' kitabını oxuduqca insan keçmişdən indiyə qədər bəzi insanların sadəcə öz hisslərini düşündüyünü daha yaxşı anlayıram. Mən demirəm ki, Nastenka sevmədiyi halda baş qəhrəmanın yanında dursun. Amma gerçəklik də budur ki, Nastenka sevdiyini unutmaq üçün baş obraza bərk bağlanmışdı. Mənə görə o oğlan həmin gün yox beş gün sonra da gəlsəydi, Nastenka yenə ona gedəcəkdi. Axırıncı səhnədə göndərdiyi məktubla da öz xoşbəxtliyinə kölgə düşməsin deyə sadəcə vicdanını rahatlatmaq istədi. Ən azından mənim anladığım budur. Və son olaraq mənim kitabdan çıxardığım nəticə Birindən sevgi gördüyündə özünü tam olaraq o insana həsr etmə, çünki kimsə özündən daha dəyərli deyil. Baş obraz uzun illər sevgisizliklə sınandığı üçün Nastenkanın onun sevgisi ilə özünü doyurduğunu görə bilmədi.

Abdullazadə

, bir kitap okudu
Puan vermedi·208 syf.··
2025 3. kitabı
Fyodor Dostoyevski
7.5/10 · 102,2bin okunma
245 səhifəyə qədər ancaq gəldim. Bu qədər maraqsız kitab görməmişdim. Vaxtımı hədər etdiyim üçün peşman oldum. Yarımçıq qoymamaq üçün oxumağa çalışırdım amma 245 qədər səbr edə bildim.