Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Yaşanmış və yaşanacaq anlar...
İndi dönüb öz ömrünə bir də bax, mütləq xoşbəxt olduğun anlar tapılacaq, təzələrini yaşayana qədər onları qucaqlayıb yata bilərsən. Hamımız kimi...
Sayfa 171 - Parlaq İmzalar·Kitabı okudu
Duygu ve Düşünce
Reklam
Ayrılıq necə olursa-olsun, insanın qəlbinə girmiş bıçaq kimidir, o yara gec sağalır. Amma kimlərəsə görə yaşayıram demək düz deyil. Mən buna inanmıram. Gələcək həyatın sənin üçün nə hazırladığı bəlli deyilsə, bunu niyə özünə dərd edəsən ki?! Onsuz da olan olacaq, təşviş boş yerə ürəyimizi üzür. Möhkəm ol!
Sayfa 170 - Parlaq İmzalar·Kitabı okudu
Hər dövrün öz adamı olur. Biz elə bilirik ki, o adamlarla yaşayırıq. Elə zənn edirik ki, həyatımız onlarsız mümkün deyil, həyatımızı gözümüzdə mataha mindirən onlardır. Yox, əslində, elə olmadığını Allah sənə başa salır, kitabın səhifəsini çevirir.
Sayfa 170 - Parlaq İmzalar·Kitabı okudu
- Heç xoşbəxt olmamısınız? - Bəlkə də, olmuşam. Axı hansı insan xoşbəxt olduğunun o an fərqinə varır ki? - Məncə, varırıq, - deyə Şükriyyə, qocanın kepkasını gözünün üstünə basıb yatmağına gülümsədi. - Məsum oluruq, arxayınlaşırıq, yox, biz xoşbəxt olanda bunu bilirik.
Sayfa 169 - Parlaq İmzalar·Kitabı okudu
Düşmənləri biz yaradırıq, yoxsa həyatın daha dramatik hala gəlməsi üçün bu obrazlara ehtiyac var? Bilmirəm, amma onlar hər yerdə var idilər, hər yerdə qarşımıza çıxırdılar. Zəhmətimizlə fəth etdiyimiz zirvələrdə də, həbsxana dəhlizlərində ölüm-qalım arasındakı mübarizəmizdə də, öz ocağımızın başında da. Onların adları müxtəlif olsa da, etdikləri eyni idi. Bəlkə də, onlar baharın gözəlliyində əl-ayağımızı dişləyən ağcaqanadlar, ya da ani baxımsızlıqdan meydana çıxan tarakanlar idilər. Biz onlara dəyər verib düşmən titulu ilə mükafatlandırmışdıq.
Sayfa 162 - Parlaq İmzalar·Kitabı okudu
Reklam