İnsan bütün canlı və cansız həyatı idarə edirdi. Hərəkət edən nə varsa hamısını diz çökdürmüşdü. İnsan hərəkətsiz əşyaları hərəkətə gətirmişdi. İnsan quru mamır və odundan həyat qaynadırdı: bu həyatın İşığı və rəngi günəşə bənzəyirdi. Bu həyatın acı-acı yanğısı vardı. İnsan od qalamışdı, ocaq alışdırmışdı. Qadir Allahın özü idi insan!
"Ağ diş" povesti
Ağ Dişə elə gəlirdi ki, hökm sürən ağalıq qeyri-adi, ilahi bir qüvvədir. Bu hakimiyyət bütün ağıl və idrakın sərhədlərini keçmişdi. O allahların varlığına şübhə edə bilməzdi. Ən yaxşı halda, o, hiss edirdi ki, həyatda dərkedilməz şeylər də var. Adamlar ona itaətkarlıq öyrətmişdi və o, allahların qəzəbindən qorxurdu. Bu vahi- mə eynilə göyün üzündə, yaxud dağın zirvəsində çaxan şimşəkdən yaranmış və bunu Allahın görünməsi kimi başa düşən insanın təşvişi və həyəcanı kimiydi.
"Ağ diş" povesti
İnsan kimi düşünsəydi canavar balası, yəqin ki, bu nəticəyə gələrdi: Həyat-doyunca yemək üçün ehtirasdır, dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər. Onlar bir-biriləri üçün yemək əldə edir, hətta bir-birini yeyirlər. Səhnədə qanlar tökülür, orada başdan-ayağa amansızlıq hökm sürür. Bir sözlə, həyat meydanı qarmaqarışıqlıqla, təsadüflərlə doludur.
"Ağ diş" povesti