Yalnız üzərinizə çökəcək hər bir bəlaya düzgün yanaşmağınızı istəyirəm. Kədərlənmək və ya taleyinizdən şikayətlənmək fikrinə düşməyin. Bunların heç biri yaxşı şey deyil və heç kimə yüngüllük gətirməyib. Tənbəllik və ya unutqanlıqdan təskinlik tapacağınıza bel bağlamayın. Həmişə zəhmət çəkin.
İnsan ora düşmək istəyirsə, – o, barmağı ilə səmaya işarə etdi, ömrü boyu bunun üçün çalışırsa, fikrimcə, arzusuna çatacaq. Amma girişdə keşikçinin dayanmasına, qapıdan da qıfıl asılmasına nəsə inanmağım gəlmir