Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Lenqdon tələbələrə tez-tez xatırladırdı ki, müasir dinlərin əksəriyyətində elmi yoxlama sınağından çıxa bilməyən çox şeylər var: Moiseyin (Musa peyğəmbər) qarşısında aralanan Qırmızı dənizdən tutmuş... Nyu-York ştatının şimalında tapılan qızıl lövhələrdən, sehrli eynəyin köməyilə Mormonun Kitabını tərcümə etmiş Cozef Smitə qədər. "HANSISA BİR İDEYANIN GENİŞ DAİRƏLƏRDƏ ETİRAFI HƏLƏ ONUN REALİSTİK OLMASI DEMƏK DEYİL".
Sayfa 105 - Qanun nəşriyyatı·Kitabı okudu
Bilim ve Din
Reklam
- ... təsəvvür edin ki, fikrin... beyninizdə doğan istənilən, an xırdaca olsa da fikrin... kütləsi var. Təsəvvür edin ki, fikir maddidir və ölçülə biləcək kütləyə malikdir. Cüzi, aydın məsələdir. Bununla belə kütləyə malikdir. Bundan hansı qənaətlərə gəlmək olar? - Yəni, hipotetik desək, aşkar bir qənaət özünü sırıyır: fikir kütləyə malikdirsə, onda onun cəzbetmə qüvvəsi var və o əşyaları cəzb edə bilər. Ketrin gülümsündü: - Tamamilə doğrudur. Davam edək: əgər minlərlə insan fikirlərini eyni bir şeyin üzərində cəmləyərlərsə, onda necə? Bütün bu fikirlər axaraq bir vahidə çevriləcək və onun cəm kütləsi artmağa başlayacaq. Bu isə cəzbetmə qüvvəsinin artmağa başlayacağı deməkdir. - Və? Yəni... əgər kifayət qədər sayda insan eyni bir şey haqqında fikirləşməyə başlasa, onda həmin fikrin cəzbetmə qüvvəsi hissedilən olacaq... Real qüvvəyə çevriləcək. Ketrin göz vurdu. - Və maddi aləmə əhəmiyyətli təsir göstərəcək.
Sayfa 101 - Qanun nəşriyyatı·Kitabı okudu
Düşünce
Həqiqət cəzbetmə qüvvəsinə malikdir...
Müasir elmin qədim müdrikliklərin öyrənilməsi ilə ciddi məşğul olacağı gün gəlib çıxacaq və həmin gün bəşəriyyət mühüm sualların ilkin, əvvəllər ondan sürüşüb uzaqlaşan cavablarını tapacaq. Axşam Ketrin qədim mətnlərin mütaliəsinə hərisliklə girişdi və tezliklə qardaşının haqlı olduğunu başa düşdü: qədimdəkilər dərin elmi biliklərə malik olublar. Müasir elm "kəşf etməkdən" çox, "yenidən tapırdı". Belə görünürdü ki, insanlar nə vaxtsa kainatın məğzini tuta bilmişdilər... Lakin sonra bunu unudublar. "Müasir fizika bizə yada salmağa kömək edəcək!"
Sayfa 81 - Qanun nəşriyyatı·Kitabı okudu
Bilim
İnsan təfəkkürünün əsl potensialı hələ açılmayıb...
Əsas tezis sadə səslənirdi: bizə insanın intellektual və mənəvi imkanları aysberqinin yalnız üstü görünür.
Sayfa 75 - Qanun nəşriyyatı·Kitabı okudu
İnsan
"Hər yeni nəsil özündən əvvəlkinin kəşflərini inkar edirdi"...
Sayfa 74·Kitabı okudu
Reklam