İlginçtir ki sokaklarda çoğu pişmanlıklarla dolu arkadaşlarımdan sıkıldığım halde, kitaplarda tanıdığım insanlardan şimdiye dek hiç pişmanlık duymadım.♡
Gündəlik yazanlara hərdən paxıllığım tutur. Amma əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çünki heç bir şeyi insan həmişəlik unutmur, çünki xatirənin öz vədəsi var: vaxtı gələndə beynin bütün kilidli qapıları öz-özünə açılacaq. Amma gərək bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üstünə gələndə, kilidli qapılardan biri açılıb, boğazından içinə qaynar qurğuşun töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir.
Adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdir ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir...