George Orwell in “Heyvanıstan” eserinden sonra oxudugum kitabidir. Mene göre distopya romanlari arasinda en yaxsilardandir. Diktatorların öz menafeyi uğrunda ede bileceklerini gösteren möhteşəm əsərdir.
“Böyük qardas sene baxir”. Əsər fərdiliyin nece yox edildiyi, insanlarin zehninin, hətta hisslərinin kontrol altına alındığı, insani duyğuların aradan götürüldüyü, insanların zamanla necə robortlasdırıldığı, istənilən zamanda ve istənilən formada kecmişin saxtalaşdırıldığı totalitar dünya sistemi, idare üsullari ilə bağlıdır. Tam da günümüzlə bağlı olsa da, əslinde bu idarə üsullarının artiq illərdir tətbiq olunduğu, tarixin daimi olaraq təkrarlandığının gostericisidir. Insani duyğular, ailə bağlılığı, dostluq, sevgi, sədaqət hissləri aradan götürülməyə calisilir, yalniz Böyük qardaşa olan sədaqət hissi aşılanır. Idarə sisteminə, hakimiyyətə ən böyük təhlükə düşünən beyindir. Çünki düşünmə və hiss etmə insanlara xasdır. Bunlar tədricən məhv edilir və “insan” yalnız həyatda qalması gərəkən ve hakimiyyətə qulluq edən robotlaşmış kutləyə cevrilir. Sərbəst düşünmə və sual vermə qabiliyyətini aradan qaldırmaq üçün mümkün olan bütün üsullara əl atılır. Fikir polisi, “Yenidil” kimi. Yenidilin əsas məqsədi fikrin üfüqlərini mümkün qədər daraltmaqdır, bununla da fikir cinayətləri qeyri-mümkün bir şeyə çevriləcək. Çünki cinayətkar fikirləri ifadə etmək üçün sadəcə söz qalmayacaq. Hər il sözlərin sayı azalacaq, hər il fikrin sərhədləri daralacaq. Düşünməyə, baş verənləri analiz etməyə olan imkanlar da aradan götürülür. Hətta texniki tərəqqi də nəticələri yalnız insanın hüquq və azadlıqlarının məhdudlaşdırmağa ehtiyac duyulan sahələrdə baş verir. Müasir dövrdə texnikanın, sənayenin inkişaf etdiyi zamanda rahatlıqla əhalinin rifah səviyyesinin artmasinin cox rahatlıqla mümkün