Aytac Mammadaliyeffa

Aytac Mammadaliyeffa
@_aytacmm_
Dilin bəlasıdır uzunçu olmaq, Ariflər işidir sükuta dalmaq. (N.Gəncəvi)
Psychologist
Baku State University
Azerbaijan/Baku
24 okur puanı
Haziran 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
8/10
·384 syf.··
Beğendi
·
2024 14. kitabı
·
23 günde okudu
·
Okunma: 14 Mart 2024 15:01
Kitabı Fevral ayında bitirmişəm, amma hələ yeni paylaşıram incələməsini. Və deyə bilərəm ki, bəyənərək sevə-sevə oxudum. Mövzusu haqqında az-çox məlumatım var idi. Amma kitabını oxuyaraq hər bir obrazla ayrı-ayrılıqda tanış olmaq əlbəttə ki, əvəzolunmazdır. Kitabda ataları müharibədə olarkən çoxlu çətinliklərlə üzləşən, kasıblıqla mübarizə aparan 4 bacıdan - Bet, Meq, Co və Emi'dən bəhs olunur. Nə baş verməsinə baxmayaraq onlar heç vaxt çətinliklərə tabe olmurlar, daim xoşbəxt olmaq üçün bir səbəbləri var... Və bu yolda onların ən böyük yardımçıları anaları Marmi Marçdır. Əslində onların həyat hekayələrindən öyrənməli olduğumuz çox şey var. Mərhəmət, mehribanlıq, yardımsevərlik, nəzakətli olmaq və s. Bacıların hər birinin özünəməxsus xüsusiyyətləri bu obrazlara fərdilik qatır. Mənim ən sevdiyim obraz isə Co və onların qonşusu, həmçinin dostları olan Lorens idi. Qısaca belıd eyı bilərəm ki, oxuyun və oxutdurun. Öyrənəcəyiniz çox şey var bu əsərdən. Hələlik, əzizlər. Kitabla qalın..
Balaca QadınlarLouisa May Alcott · 019,5bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
10/10
·304 syf.··
Beğendi
·
2024 8. kitabı
·
26 saatte okudu
·
Okunma: 07 Şubat 2024 20:36
"Sənin fantaziyaların səni ölümdən xilas edib" Leyla adının mənası "gecə", "zərif və incə zanbaq" deməkdir. Amma adının mənasına uyğun həyat yaşaya bilməyən Leyla... Müharibə Leylanın bütün zərifliyini, ailə sevgisini, gəncliyini bir göz qırpımında məhv etdi, sanki birdən birə böyüdü o balaca qız... 1992-1995-ci illərdə davam edən müharibə Serblər və Bosniya müsəlmanları arasında gedirdi. Əslində hər ailə bilirdi ki, müharibə onlardan yan keçməyəcək, amma Leyla birdən-birə hər şeyini arxada buraxıb yeni həyata nə zaman və necə atıldığını başa düşmədi. Müharibənin gedişatında bu kiçik Bosniyalı qız çox işgəncələrə məruz qaldı. Kitabı oxuduqca Xocalı faciəsi'ni xatırladım. Düşmənlərin yerli əhaliyə qarşı zorakılıqları, qadınları əsir alması və s... Leyla'nın bu qədər ağrı-acıya dözməsi əsl möcüzə idi. Təəssüf ki kitabda qeyd olunan hadisələr real idi. O qədər şeyə rəğmən Leyla necə sağ qala bildi? axı burda Leylanın günahı nə idi?... Sadəcə bir şey deyə bilərəm. Leyla'm an bunlara layiq deyildin. Məndə silinməz izlər buraxdın... ~Qeyd edim ki, kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin ürəyi zəif olanlara məsləhət görülmür.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
dan ulduz'um
10/10
·388 syf.··
Beğendi
·
2024 7. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Şubat 2024 11:08
“Çağrı„ – Hardan gəlib, haraya gedirsən? Yolun haradır belə? – Özümıdir yolum ,atacan. Özümdən gəlib, özümə gedirəm. – Maraqlı səyahətin varmış...Nə vaxtdır bu yoldasan? – Dünyaya göz açandan bu yoldayam. – Uzun imiş səyahətin...Nəyin axtarışındasan belə? – Özümü axtarıram. – Bəs getdiyin yollar səni aparıb özünə çıxarmır mı? – Çıxardığı vaxtlar da olur, özündən uzaqlaşdırdılar vaxtlar da Yenicə bir işıq sezmişəm öz içimdə. İndi onun arxasınca gedirəm... Bəli...Tarixi romanları, Tarixin özünü sevən biri kimi deyə bilərəm ki, çox möhtəşəm bir kitab idi. Çağrı, onun başına gələnlər... İmanı güclü olan bir insan düşünün. Çıxdığı yolda başına hər şey gəlir, amma o yenə də öz inancından, yolundan dönmür. Yolun sonunda ölüm olacağını bilsə belə, gedir. Kitabın ən sevdiyim hissələrinə gəlincə, Romanın bir çox hissələrində Müqəddəs kitabımız "Quran'i-Kərim"dən ayə'lərin və çoxlu nəsihətlərin olmasını çox sevdim. Qısaca, belə deyərdim ki, kitabı oxuyarkən həm tarixə səyahət edirik, həm də nəsihətlər sən özümüzə bir pay götürürük. Kitab barədə spoiler verməyəcəm. Sadəcə oxuyun və oxutdurun. Kitabdan ən gözəl alıntıları sizinlı bölüşürəm: "Cəsarət Allah vergisi kimidir və sonradan öyrənilə bilən bacarıq deyil; o səndə ya var, ya da ki yoxdur." "Həyatda heç nəyə, hətta yaşamağa da tələsmə. Öz axarında yaşa, təbii yaşa, yavaş-yavaş yaşa, içində olduğun anı hiss edə-edə, fərqinə vara-vara yaşa – günəş kimi, bulaq kimi, adı kimi, meh kimi..." "Hər bir insan öz odunda yanaraq püxtələşər – çətinlik odunda, səhv odunda. Yanmasan bişməzsən. Yanmaqdır bizi bərkidən, kövrək palçıqdan qiymətli sənət əsərinə çevirən." "Keçmişi qaytara bilmərik, ancaq gələcək öz əlimizdədir. İndi keçmişimizdən nəticə çıxarıb gələcəyə baxmaq vaxtıdır."
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
10/10
·256 syf.··
Beğendi
·
2024 5. kitabı
·
6 günde okudu
·
Okunma: 31 Ocak 2024 13:03
~ Başlarda oxunması bir az çətin idi. Amma ortalarına doğru özü-özünü oxutmağa başladı. Əvvəla Ömər'ə çok əsəbiləşdim bəzi səhnələrdə məni dəli etdi. Macide bunlara layiq deyildi Mütləq oxuyun ~ #içimizdekişeytan #sabahattinali
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,9bin okunma
8/10
·144 syf.··
Beğendi
·
2024 1. kitabı
·
7 günde okudu
·
Okunma: 02 Ocak 2024 17:11
İnsan bir gecədə dəyişə bilər mi? Bu kitab sualımın cavabını çox net verir. İstər yaxşı, istər pis mənada düşünün, fərq etməz, vərdişlərimizdən vaz keçməmiz çox çətindir, amma imkansız deyil. Çox gözəl bir kitab idi. Oxumağınızı tövsiyə edirəm. Dərs səviyyəsində bir kitab idi Kitabla qalın hələlik...
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 202211,3bin okunma