Dayanıb liftin qapısına baxdı. Öz-özünə dedi ki, iradəsiz olma, qayıtsan peşman olacaqsan. Nə var axı aşağıda? Yaxşı nə görəcəksən orada? Sonra isə fikirləşdi ki, aşağı qayıtmağına qayıdacaq, amma nə liftlə, nə də pilləkənlə.
Kədərli halda gülümsədi...