Uşaq səndən nəyinsə mənasını soruşanda ona cavab ver , Allah xatirinə ! Amma o sözü şişirtmə ! Uşağın adı uşaqdır , amma onların sualına cavab verməyəndə bunu bizdən tez hiss edir , çaşıb qalırlar , suallarına niyə cavab verilmədiyi onları narahat edir . Bütün uşaqların elə bir dövrü olur ki , onlar söyüş söyür , əxlaqsız sözlər işlədir , ancaq bu hal tezliklə ötüb - keçir . Görəndə ki , onlar belə etməklə heç kimin diqqətini cəlb etmir , özləri tərgidir .