Seçim çox olduqda fikir həmişə geridə qalır və seçim adamı tam məmnun etmir.
Bəs nə etmək olar? Rolf Dobelli cavab verir: "Hüdudsuz seçim zamanı "kifayət qədər yaxşı" elə ən yaxşıdır".
Yəni insan bir yerdə artıq müəyyənləşməlidir: mən kiməm və nə işlə məşğul olacağam! Və bundan sonra o hər gördüyü uğuru arzulamamalı, qarşısına çıxan hər müvəffəqiyyətin təsirinə düşməməlidir. Nədən ki, "daha yaxşı” həmişə var və bu, sonsuz giriftarçılıqdır.
Hər uğurun arxasınca qaçmaq əvəzinə, soruşmalıyıq: həqiqətən, məhz bu uğur mənə lazımdır, yoxsa mənim tam mənə, mənim imkanlarıma uyğun olan öz uğur yolum var?
Sizə doğrusunu deyirəm, uğur qazanmaq üçün ən vacib şərt elə imtina etmək bacarığıdır: başqalarının uğurlarını arzulamaqdan imtina etmək bacarığı!
İnsan bir yerdə artıq müəyyənləşməlidir: mən kiməm və nə işlə məşğul olacağam! Yoxsa bir ömür həm Xuda, həm xurma istəyəcək, heç birinə də çatmayacaqsan.
Məsələ bilmək deyil, məsələ bildiyini dəqiq bilməkdir. Bununçün də ilişib qalmaq lazımdır bildiklərində, yəni oxuduğun kitabları yenidən oxumaq, baxdığın filmlərə yenidən, daha dərindən, daha dibdən baxmaq...
"O öz həqiqi şəxsiyyətini hüquqi şəxsiyyətinə xərcləyən adam idi"
Axund Azer
Eynən özünə örnək götürdüyü şəxsiyyətlər kimi!..(02.03.2023 Allah rəhmət eləsin...)