Ælvin

Eyni şeyləri nə qədər davam etməliyik?!
( Roma filosofu Senekav) O, bir dostu ilə yazış mada yazırdı: "Quousque eadem" (Eyni şeyləri nə qədər davam etməliyik?) Və sonra fikrini belə davam etdirirdi: "Yeni heç nə etmirəm. Yeni bir şey görmürəm. Son nəticədə bu da ürəkbulanmaya gətirib çıxarır". Bunları yaza-yaza qorxu sarır canımı, olmaya, cəhənnəm əhlinin də ən böyük cəzası elə yeknəsəqlik, bikarlıqdır?...
Sayfa 54·Kitabı okudu
Hayata Dair
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
təbiidir, təbiidir, söz öz əhlini belə hala salar
Sual, Həmmamın ürəyinin konkret nədən partlamasıdır: dəhşətdənmi, qorxudanmı, həzdənmi - nədən? Və məsələ İmamın bu qeyri-adi ölümün ardınca dediyi sakit, səssiz həqiqətdir: "təbiidir, təbiidir, söz öz əhlini belə hala salar". Ürəyin partlaması... yarımçıq qalan xütbə... Və yaxamızı əbədiyyən buraxmayacaq ünvansız, yetim suallar: niyə məhz bu xütbə, Hacı can, niyə məhz bu xütbə? Və ən əsası, bəs sənin ürəyini partladan nə oldu, ay səhabə Həmmamın tale dostu!
Sayfa 53·Kitabı okudu
Hz. Ali
Sadəcə dua etmək və ya sadəcə bilmək yetməz.
Dua (bəzi hallarda) öz borcunu Allahın boynuna atmaq üçün unikal vasitədir. İbadət də belədir, abid düşünür ki, edə biləcək ən ali işi edir, ona daha nə lazımdır? Üstəlik, təkcə duanın, ibadətin deyil, bilginin də bənzər sakitləşdirici funksiyası var. Mən nəyin necə olduğunu bilirəmsə, vəssalam, başqa heç nəyə ehtiyac yoxdur, bilmək kifayətdir. Haqqı-nahaqqı bilənlər az olmur, adətən, lap tutalım, bildiklərini künc-bucaqda danışanlar da, lakin...
Sayfa 44·Kitabı okudu
Alıntı
Axı dost evi işgəncə düşərgəsi deyil...
Güclü görünmeye mecbur olmadığımız yerlərdə, kəslərdədir xoşbəxtlik.. Sizcə, əsl dost kimdir? Mən öz cavabımı verdim artıq. Belə dostu Kiyarüstəminin Əhmədi ¹ kimi "dostumun evi hardadır?" deyib bir ömür də axtarmağa dəyər, inanın, dəyər. Yoxsa dostun yanında da güclü, səssiz, diqqətli və, və, və... olmağa məcbur oldunsa, daha noldu? [1 Dünya şöhrətli kinorejissor Abbas Kiyarüstəminin məşhur "Dostun evi hardadır" adlı filmində baş obraz]
Sayfa 39·Kitabı okudu
Duygular