Tanrı sevənlərin yanındadır, sevgidən danışanların deyil!
Elə Hacı özü də demişdi axı: mühüm olan bizim məhəbbət haqqında sözlərimizi eşitmələri deyil, məhəbbətimizi görmələridir. Əgər məhəbbəti göstərə bilsək, insanların əlindən şərab piyalələri düşəcək.
Uzaqlaşdığı dostu olmadı həyatında, kənardan dəfələrlə "filankəslə dostluq sənə ləkə gətirər" dedilər, israr elədilər. razılaşmadı, abırı verən də, alan da Allahdır, dedi: adamın eyiblərini bir-bir düzdülər gözünün önünə, düzələr dedi, eybi dostlarının DAR GÜNÜ saydı, dar gündə qoyub getmeyi özüne sığışdırmadı, lakin ondan uzaqlaşan dostları oldu, xeyli oldu, dar günündə qoyub qaçanlar xoş günündə elə bərkdən qayıtdılar ki, özü belə diksindi.
Amma hamısına, hamısına yenidən qucaq açdı!
Üstəlik, qınamadı da, niyə-neyçün də eləmədi heç!"
Bilirik, məsələn, filan şey pisdir, ancaq ondan çəkinmirik. Oxumuşuq, əminik, məsələn, filan şey faydalıdır, lakin əməl etməyə gələndə canımızı kəsalət basır, niyə?
Allaha həqiqi mənada arxayın olan, zatən əlindən gələni hər zaman ən gözəl şəkildə edər... Bir iş görən zaman insan adına layiq iş görməlidir, bax budur möminlərin xüsusiyyətləri.