Kök saldı, budaqlandı, çiçək açdı, açdırdı..
9/10
·344 syf.··
2026 11. kitabı
·
28 saatte okudu
·
Okunma: 24 Nisan 2026 21:38
Bir insan, bir qadın nə qədər güclü ola bilər deyə düşünəndə ağlıma saysız ehtimal gəlir. Lakin həm güclü olub, həm də bu qədər çətinliyə rəğmən heç durmadan irəliləyə bilmək, olmaq istədiyin insan olana kimi hər kəsi — ailəni, qohumlarını, tanımadığın insanları qarşına alacaq iradəyə sahib olmaq ağılasığmazdır. Kiçik bir qızın çiyinlərinin qaldıracağı ən ağır yük məktəbli çantası olmalı olduğu halda, Varis 13 yaşında o yorğun, bükülmüş çiyinlərinə dünyanı almışdı. Ayaqqabısız, cılız ayaqları ilə millərlə yol getmişdi — dəyişmək uğrunda, xəyal etdiyi qadın olmaq uğrunda… O, yalnızlığı iliklərinə qədər hiss edir, özü-özünü qucaqlayır; ümid etməyin nə olduğunu bilmədiyi halda ümid edir, çalışır, illərlə çalışır... Həyat hekayəsi belə başlayır: 12 uşaqlı bir ailədə, səhrada dünyaya göz açır. 5 yaşında, bir çox afrikalı qız uşağı kimi, qadın sünnətinə məruz qalır. Bu cümləni yazarkən, düşünərkən belə neçə hissi eyni anda keçirirəm; beş yaşındakı uşağın heç nəyi bilmədən, boş inanclar uğrunda buna məruz qalıb o acını çəkdiyi anı təsəvvür edə bilmirəm. Varis 13 yaşında atası tərəfindən beş dəvə qarşılığında yaşlı bir kişi ilə evlənməyə məcbur edilir. Bəlkə də həmin gün qaçmasaydı, özünü deyil də səhrada qoyub getməyə qıymadığı anasını seçsəydi, mən bu gün bunları yaza bilməyəcəkdim. O, yol bilmədən getməyi seçir. Hara getdiyinin bir mənası yoxdur, əsas odur ki, gedir. Bu yol çox uzun və ağrılı çəkir, lakin bacarır. Doğulduğu ailəyə, ölkəyə rəğmən bacarır. Bəzilərinin doğulduğu andan sahib olduğu hüquqlara Varis əlləriylə qazaraq sahib olur. İllər keçir, o kiçik qız uşağı dünyaca məşhur model, güclü qadın olub neçə-neçə afrikalı uşağa işıq olur... O, bunu etməyə də bilərdi, sakit axan həyatını yaşaya da bilərdi. Lakin o quraq torpaqda açan səhra çiçəyi kimi açaraq möcüzəyə
Edebiyat
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
Eşq romanı olmayan “Eşq” romanı….
10/10
·880 syf.··
Beğendi
·
2026 39. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Mart 2026 15:52
Gəldik çatdıq dünya klassiklərindən birinə. Oxunması ağır, dərk edilməsi zaman alacaq bir kitab. Bəlkə on il əvvəl oxuyacaq gücə sahib olsaydım, bu düşüncələrdə olmazdım və kitabı “böyük eşq romanı” adlandırardım. Ancaq çox heyif ki, "Anna Karenina" mənim üçün bir eşq romanı deyil; bir məsuliyyətsizliyin, eqoizmin və addım-addım gələn mənəvi iflasın tarixçəsidir. Kitabı bitirdiyim an anladım ki, Tolstoyun bu obraz üçün tökdüyü göz yaşları onun günahına haqq qazandırmaq üçün deyil, yaratdığı gözəl bir varlığın öz əli ilə özünü necə "mundar" bir sona sürükləməsinə olan acımasıdır. Kitabı oxumamışdan əvvəl iki böyük "spoiler" yemişdim ki, bunun biri acı sonluq idi. Ancaq oxuyana qədər nədən bəhs olunduğunu tam bilmirdim. Oxuduqda isə anladım ki, bu kitab başlı-başına bir şah əsər, bir həyat dərsliyidir. Kitabda sevmədiyim tək şey bəlkə də onun adı idi. Bəli, məhz kitabın adı... Əsərdə əslində yeddi əsas obraz var, lakin adına görə insanın gözü məhz Annanı axtarır. 880 səhifəlik kitabda hamı o böyük “eşqi” oxumaq istəyir, lakin digərləri, xüsusilə də Levin daha çox ön plandadır. Mən kitabları çox sevirəm, amma öz kitabımı kiməsə verməyi əsla sevmirəm. Çünki bilirik ki, başqa əldən qayıdan kitab artıq əvvəlki kimi olmur; ya vərəqi ləkələnir, ya küncü qatlanır, ya da cildi köhnəlir. Mənim üçün Anna obrazı məhz belə bir "kitab" idi. O, əvvəlcə Kareninin rəfində idi, sonra Vronskinin əllərinə keçdi. Amma Anna nə Kareninin o soyuq və quru nizamına, nə də Vronskinin ehtiraslı, amma daxili boşluqla dolu dünyasına sığdı. O, bu iki dünya arasında sıxılıb qaldı və vərəq-vərəq cırıldı. Vronskinin səhvi isə əbədi olaraq ona məxsus olmayacaq bir kitabı arzulamaq idi. Anna əlçatmaz olanda, o cild parıldayanda Vronski şəhvət və sevgi dolu idi. Amma "kitab" cırıldıqdan sonra Vronski onu
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,5bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Her yönetici mutlaka okumalı
Puan vermedi·408 syf.··
2026 2. kitabı
·
47 günde okudu
·
Okunma: 03 Ocak 2026 09:29
Pandemi dönemi ve öncesinde ABD’nde yaşanan salgın yönetimi, sağlık sistemi sorunlarını objektif bir üslupla anlatmış yazar. Bir kurumda sistemen aksayan noktaları nasıl tespit edilir, bu sorunlara nasıl çözüm bulunur, aksayan bürokrasi nasıl işiler hale getirilir gibi önemli sorulara cevaplar var kitapta. Amerika’daki Hastalık Kontrol ve Önleme Merkezleri’ne (CDC) ağır ve gerçekçi eleştiriler yönelten yazar, pandemi süreci ve öncesini harika şekilde aktarmış.
ÖnseziMichael Lewis · Scala Yayıncılık · 20233 okunma
9/10
·590 syf.··
Beğendi
·
2025 13. kitabı
·
21 günde okudu
·
Okunma: 15 Kasım 2025 01:56
lizel və maksın qəlbimdə açdığı kiçik pəncərədən yazmaq istədim. hərdən həyat adamın üstündən elə keçir ki, nə sevinc yadında qalır, nə də kədər. sadəcə yorğunluq. lizel və maksın dostluğu da belə bir yorğunluğun içində tapılan balaca işıq kimiydi. onların münasibətində nə müharibə var, nə aclıq, nə də siqnal səsləri. iki insan, iki yaralı uşaq — heç kim onlara “yaşamaq belə olur” demədiyi üçün, yolu özləri tapmalı idilər. biri sətirlərə sığınıb nəfəs alırdı, o biri isə sətirlərin arasında gizlənib sağ qalırdı. lizel maksa kitab oxuyanda, sanki otağın havası bir anlıq dəyişirdi, qaranlıq elə qaranlıq qalırdı, amma nəfəs almaq bir az asanlaşırdı. maksın o şəkillərlə qarışıq hekayələrini oxuyanda hiss edirdim ki, adam öz içindəki ağırlığını səhifələrə sıxıb oradan çıxmağa çalışır. ən çox xoşuma gələn isə o idi ki, onların dostluğu heç vaxt “böyük sözlər” istəmirdi. heç biri digərini xilas etmək iddiasında deyildi. heç biri qəhrəman deyildi. sadəcə iki insan var idi və bir-birlərinin yanında dağılıb getməməyə çalışırdılar. məncə, bu dünyada bundan daha real, daha səmimi dostluq yoxdur. bəzən deyirik, “kaş biri olardı, mən susanda anlayardı.” lizel və maks bir-birinə qarşı o “kaş”ın gerçəyə dönmüş halı idilər. bu kitabla həyatımın ən uyğun anında tanış oldum, halbuki onu mənə hədiyyə edən insan məni tanımırdı belə, amma yenə də, necə oldusa, beynimdə dolaşan sualların cavabını tapa biləcəyim bir dünyanı açdı qarşıma, o dünyaya düşüb nəfəs almaq isə sözün əsl mənasında zövq idi
Kitab OğrusuMarkus Zusak · Qanun Nəşriyyatı · 201814,5bin okunma
"MARTİN İDEN"
10/10
·420 syf.··
2025 76. kitabı
·
18 günde okudu
·
Okunma: 26 Ekim 2025 15:01
Cek London - "Martin İden". İnsanın özünü tanımaq istədiyi an batmağa başladığı hekayə oldu "Martin İden". ️"Martin İden" Cek Londonun avtobioqrafik əsəridir. Amma düşünürəm, bu əsəri ilə yazıçı bizə sadəcə özünün həyatını göstərmir. O, ümumilikdə insanın daxili zindanı, “uğur” adlanan o parlaq, amma zəhərli reallığını,illuziyanı açır. Martin əvvəlcə dənizdən gəlmiş sadə bir gənc idi. Ruhu azad, arzuları təmiz. Lakin bir gün gözəl, təmiz, mədəni bir dünyaya pəncərə açdı(açmaz olaydı) və elə o gün öz sadəliyini itirməyə başladı. O, sevilmək və qəbul olunmaq üçün özünü dəyişdi. Oxudu, yazdı, öyrəndi, hər kəsin arzuladığı o “mükəmməl insan” oldu. Amma o yüksəldikcə, daxilindəki boşluq da böyüdü. İnsan ruhu qəribədir.Bəzən ən çox istədiyinə çatanda, ən çoxunu da itirir. Martin həyatının hər mərhələsində “Mən kiməm?” sualına cavab axtardı. Əvvəl başqalarının gözündə dəyər tapmaq istədi, sonra özünü tanımaq üçün dərinliyə enməyə çalışdı. Amma hər cavab, onu bir az da tənha etdi. Uğurun səsi artdıqca, içindəki səssizlik böyüdü. Sizə bir az da Martinin dəyişməsində rolu olan Rufdan danışım.Yuxarıda da qeyd etdiyim kimi Martin dənizdən gəlmişdi.O, dalğalar kimi sərt, amma həddindən artıq səmimi idi.Martin heç kimin yazmadığı cümlələri, heç kimin görmədiyi xəyalları özündə daşıyırdı. Ta ki, Rufla qarşılaşana qədər. Ruf onun üçün digər qadınlardan fərqli idi sanki-daha zərif, daha savadlı, “yüksək” təbəqədən. Onunla tanışlıq Martinin içində bir inqilab yaratdı. O, sevilmək üçün deyil, layiq görülmək üçün dəyişməyə başladı. O qədər oxudu, o qədər yazdı ki, artıq əvvəlki “Martin”dən əsər qalmadı. Amma Rufun sevgisi heç vaxt tam olmadı. O, Martinin ruhunu yox, yalnız onun yaratdığı “mədəni” kölgəni sevdi. Və bu, Martin üçün ən böyük zərbə oldu. İnsan ən çox sevdiyindən yox,
1000Kitap
Martin İdenJack London · TEAS Press · 0134,9bin okunma
Olmaq yoxsa olmamaq?
Puan vermedi·180 syf.··
2025 19. kitabı
Şekspirin 5 pərdədən ibarət əsrarəngiz faciəsi... Və bu faciə əsərdə bir çox personaj olmasına baxmayaraq Hamletin daxili faciəsidir. Başda verdiyim alıntı belə Hamletin daxili aləmini təsvir etməyə yetir məncə. Düşünün oğul atasının ölümündən əmisinin günahkar olduğu öyrənir. Bu məlumatdan sonra nə etməli idi? Təbii ki, qətiyyətli olmalı və atasının ruhunun ondan tələb etdiyi kimi intiqam almalı idi. Amma Hamlet işi uzatdı, hisslərini, fikirlərini, gördüklərini ələk-vələk etməyə başladı. Hamletin gördüyü ruh həqiqətən atasının idi yoxsa iblisin oynadığı bir oyun? Hamlet həqiqətən atasının qisasını almaq istəyirdi yoxsa hər şeyi zamanın gedişinə Tanrının ədalətinə buraxmaq? Bəs Ofeliya? Mənə görə bu əsərdə nahaq yerə yanan Ofeliya oldu. Baxmayaraq ki, Hamlet onu sevmişdi, hətta bunu dilə gətirmişdi, amma sonda Ofeliyadan da şübhə etdi. Deməli Hamlet sevgisinə belə əmin deyildi.. Son səhnə bütün sirləri açdı, intiqamlar alındı, cəzalar çəkildi, gerçək gün işığı kimi qılınc meydanına şığıdı. Ancaq heyhat olan olmuş, ölən ölmüşdü... Sonda Hamlet yenə qərarsızlıq içində itib-batır, o hələ də nəyin doğru,nəyin yanlış, kimin günahkar, kimin saf olduğuna qərar verə bilmir. Əvvəldən dediyim kimi bu faciə Hamletin daxili faciəsi idi digər obrazlar isə bu faciədən öz payını götürdü
HamletWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202358,4bin okunma