Gülümsədiyim hər an özümü dərin bir kədərin içində tapıram. Analiz edirəm özümü, bəlkə əsəbiyəm, bəlkə hiss etdiyim başqa nəsə var. Amma hər şeyin sonu Marian çökəkliyi dərinliyində kədərə gedib çıxır. Batıram batıram, batıram, batıram. Kömək edin, başımdan basmayın. Məni ora göndərməkdən bezmədinizmi? Düşdükcə vurmaqdan bezmədinizmi? Daha nə qədər özümə söyəcəm, nə qədər ümidsiz qalacam ya da nə qədər hər şeyin günahını boynuma alacam? Kaş edam cəzası bu dövrdə də var olaydı, bəlkə ondan mənə bir pay düşərdi, bir ümid yerim olardı, dar ağacı və ya güllə, fərq etmir, məni o bataqlıqdan çıxaran hər şey mənim qurtarıcım olardı. Çox üzgünəm, çox qırğınam, çox yaralıyam, çox küskünəm, acizəm. Nifrətimin içində boğuluram, boğuluram,İlahi boğuluram səsimi eşit