admiral914

admiral914
@admiral9141
. • . • . . . • Losing hope was freedom. • • . • . • .
Smut olmayan modern romantika kitabı oxumaq qismət olacaqmı?
4/10
·432 syf.··
2024 59. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Aralık 2024 04:08
Haşiyədən kənar: Yeni çıxan gənclik, gənc-yetişkin, romantik komedi kitablarının hamısında sevginin bu qədər cinsəlləşdirilməsi artıq məni diksindirir. Hələ dark romance kitablarından danışmıram belə.. Uzun müddət düşündüm ki, zərif eşq hekayəsi oxuya biləcəyimiz yazarlar qalıbmı ağlıma kitablarını çox sevdiyim Nicholas Spark, Sarah Jio və kitablarını oxumadığım halda o tərzdə yazdıqlarını bildiyim Debbie Macomber və Kristan Hannah gəldi. Deyəsən, bundan sonra sadəcə bu yazarlara və öz yerli klassika yazarlarımıza yönələcəyəm. Kitab haqqında düşüncəm: Kitab haqqında çox danışmağın mənası yoxdur, aylardır çərəzlik bir kitab oxumurdum, ona görə də bir şans verim dedim. Hadisələrin ekstra cringe olmağı bəs deyilmiş kimi, kitab öz içərisində də davamlı olaraq təkrara düşmüşdü, komedi desən yox, dram desən o da yox, plot twist desən o zatən heç yox. Və ilk dəfədir ki, bir kitabda olan bütün qadın karakterlərdən nifrət etdim və kişi karakterləri daha çox sevdim. Verdiyim balı da baş karakter Aiden'nin xətrinə verdim, çünki onun kimi aşiqlər yaxşı ki varlar. (Fun fact: kitabda da , gerçək həyatda da kişinin daha çox sevib, qadının az sevdiyi romantik əlaqələrə yazığım gəlir..)
1000k
ÇarpışmaBal Khabra · Nemesis Kitap · 2024298 okunma
Reklam
8/10
·72 syf.··
2024 8. kitabı
Yatmış gözəlin hekayəsinə Nail Gaimanın barmaqları toxunub və hekayənin dadına dad qatıb. Kaş daha uzun olsaydı deyə düşünür insan, çünki orjinal hekayədən fərqli və gözlənilməz bir axışı var. Rəsmlərə isə söz ola bilməz.. Chef kiss.
Edebiyat
Uyuyan ve İğNeil Gaiman · İthaki Yayınları · 2023515 okunma
Arzularınızın arxasınca getmirsinizsə, onlara layiq deyilsiniz.
10/10
·46 syf.··
Beğendi
·
2024 5. kitabı
·
25 saatte okudu
·
Okunma: 26 Ocak 2024 00:00
Vətənimin 20 igid qadınının müvəffəqiyyət hekayəsi olan bu kitab, qəlbimdə hər keçən gün solmağa üz tutan 'bərabərlik' ideasını qanadlandırdı. XXI əsrdə belə cahil düşüncələrlə sınanan ölkəmdən igid və cəsur qadınların hekayələrini dinləmək məni yenidən ilhamlandırdı. Artıq tarix kitablarında yalnızca tarix yazan kişilərdən bəhs olunmasın.Tarix yazan qadınlarımızın da hər birinin bəhsi keçsin, keçsin ki, təhsil alan körpə qızlarımıza ilham olsunlar, gələcəklərini işıqlandırsınlar. Onları tanısınlar ki, din ilə elmi, mədəniyyət ilə mentaliteti bir-biriylə qarışdırmasınlar. Geyimcə yox, ağılca müasir ola biləcəyimiz günlərə qovuşmaq diləyi ilə.. Not: İlk vərəqdən son vərəqə qədər ağlamışam.
Feminizm
Cəsur QızlarKolektif · Bakı, Alatoran Yayınları · 201912 okunma
8/10
·96 syf.··
2023 51. kitabı
115 il keçib amma kitabdakı insanların düşüncə tərzləri mənə heç yad gəlmədi. Zahirimiz dəyişib, batinimiz olduğu kimi qalıb. Diqqət!!! Kitabı oxuyarkən içinizdəki feminist ruh əsəbdən intihar edə bilər. "Siz tək camaatın da igidi mən tək olar" Real olmayan ideal qəhrəman siyahasına əçavə edildi: Kefli İsgəndər. Kitabın önsözü: Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah və onun köməkçisi Şeyx Əhməd, cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, "ölü dirilərmi?" şübhəsində çaşbaş qalmış Hacı Həsən ağa "Ölülər" pyesinin bədii personajlarıdır. Cəlil Məmmədquluzadə əsərdə camaatın cahilliyini, avamlığını, elmsizliyini və mərifətsizliyini tənqid edir. Pyesdə Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur.
Edebiyat
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,278 okunma
10/10
·200 syf.··
2023 50. kitabı
·
25 saatte okudu
·
Okunma: 04 Aralık 2023 00:00
Açık ara uzun zamandan beri okuduğum en iyi romantik kitapdı. Her sayfasında "işte bu be, işte bu, aşk kitabı böyle olmalı" diye düşündüm. Smutmış, tek gecelik ilişkiymiş hepsi boş. İşte okumayı özlediğim aşk hikayesi buydu. Carrie bir gazeteci ve patronu ona işinde yükselmesi için bir teklifte bulunuyor. Gizemli yazarı bulup onunla röpörtaj yapabilirse istediği işi kapacaktı. Ama işler karışıyor ve bu gizemli yazar Carrie'nin hayatını değiştiriyor. Ama bilmediği bir şey vardı- Carrie bu adamın hayatını daha fazla değiştirecekti. Debbie Macomber okuyucularının onun sadece bir tane yeni yıl temalı kitabını okuduktan sonra diğer kitaplarını da okumaya karar verdiğini söylüyor. Doğru tespit..
Edebiyat
Yıldızlı GeceDebbie Macomber · Epsilon Yayınları · 2017977 okunma
Reklam