İlk dəfə başladığım kitabı bəyənmədiyim halda oxumağa davam etməyə çalışdım və oxuduqca bəyəndim. Münasibətlərdən kənara çıxıb fərd kimi daxilimizdə olan problemlərə toxunaraq, faydalandığım kitablardan birisi kimi özünə yer elədi.
Dostlarım kitabın necə getdiyini soruşanda “dalaşaraq oxuduğumu” deyirdim. Vərəqləsəniz, razılaşmadığım fikirlər, ələ saldığım qeydlərlə dolu olduğunu görərsiniz.
Digər tərəfdən, həmin fikirləri müzakirəyə açdım. Hər dəfə yeni, fərqli bir yanaşma öyrəndikcə, problemin baxış bucağımda olduğunu hiss etdim. Kitab axı özü deyir ki, “Kişilər Marsdan, Qadınlar Veneradandır.” Təbii olaraq, bu iki yadplanetlinin münasibəti də son dərəcə kompleksdir.
Sosial medianın “qadın tərəfi”nə məruz qalan zaman, kişilərin nə qədər aşağılanıb qadınların “mükafat”a çevrildiyini görürəm. Qadınlar hər nə qədər “obyekt” kimi qavranılmaqdan narahatlıq duysa da, “mükafat”ın da bir obyekt olduğunu unudurlar. “Kişilər tərəfi”ndə isə “masculinity”ni dominantlıq, güc və uğurla bəsləyərək qadınların “əzə bilmədiyi, hörmət etdiyi” kişi fiquruna çevrilmək kimi ideyalar var. Bu ideyaların daşıyıcıları da, əsasən, bəzi məşhur sosial fiqurlardır. Hər iki tərəfin belə ideyalarla sevgi içərisində münasibət qurmağının mümkün olmadığını düşünürəm. Günümüzdəki münasibətlərin problemi də mənə görə bundan ibarətdir – onları sevgi yox, ego və mənlik hissi daha çox idarə edir. İnsanlar özdəyər hissini itirməmək üçün mənasızca bir-birini əvəz edir, birinin boşluğu digəriylə doldurulur, içlərində həll edə bilmədikləri məsələlərə görə bir-birilərindən qaçış yolu kimi istifadə edirlər. Spoiler: Bu marafonun sonu yoxdur.
Kitabda ən çox razılaşmadığım fikir, qadınların son dərəcə emosional varlıqlar, kişilərin isə hər yaxşı hərəkətindən sonra “afərin” almağı gözləyən uşaqlar kimi qələmə