"İnsanı heyvandan ayıran bir əlamət olan konuşma qəbahət sayılır. Söz söyləmək xəfiflik əlamətidir. Əksinə olaraq, susmaq, hələ o saxtakarlıq və ağır-başlılıqla birləşən susma düha əlamətidir. Kiçiklərin böyüklər hüzurunda söz söyləməsi bağışlanmaz bir tərbiyəsizlikdir. Qadınlarsa daş kəsilməlidirlər. Onların səsləri heç eşidilməməlidir. Qısacası, dilsiz olmaq bu əcayib Şərqin başqa bir idealıdır."